Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

2022-ci ildə Azərbaycan-Rusiya mədəni əlaqələri necə möhkəmlənib - FOTO

© Sputnik / Максим Блинов / Mediabanka keçidAzərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
Moskvada və Bakıda mədəniyyət sahəsində həm kinematoqrafiya, həm muzey işi, həm dkonsertlərlə bağlı bir sıra tədbirlər keçirilib.
BAKI, 1 yanvar — Sputnik. 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında koronavirus pandemiyası üzündən kəsilən sıx mədəni əlaqələr yenidən bərpa edilib. İl ərzində Bakıda və Moskvada çoxlu sayda mədəniyyət sahəsində birgə layihələr həyata keçirilib.
Sputnik Azərbaycan Azərbaycan-Rusiya mədəni əlaqələrini daha da möhkəmləndirən, ən yaddaqalan tədbirlərdən ibarət seçmələri təqdim edir. b
© Photo : Corutesy of Shirin Melikova Sankt-Peterburqdakı Rusiya Muzeyinin Mərmər Sarayında Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" sərgisi
Выставка «Семь красавиц» в Мраморном дворце Русского музея в Санкт–Петербурге - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Sankt-Peterburqdakı Rusiya Muzeyinin Mərmər Sarayında Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" sərgisi
Yanvarda Sankt-Peterburqdakı Rusiya Muzeyinin Mərmər Sarayında Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" sərgisi açılıb. Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin ekspozisiyası xalça, zərgərlik sənəti, bədii metal, miniatür, müasir incəsənət, teatr və dekorativ sənət, klassik musiqi və rəqsin sintezindən ibarət idi.
Moskvada Azərbaycan filmləri
Fevralın 7-dən 15-dək müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının ilk genişmiqyaslı retrospektivinin təqdimatı keçirilib. Moskvanın "İllüziya" kinoteatrında rusiyalı tamaşaçılara 20 film – komediyalar, trillerlər, nağıllar, detektivlər, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar nümayiş olunub. Filmlər 1935-ci ildən bu günümüzə qədər olan dövrü əhatə edib. Lentlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik plyonkadan nümayiş etdirilib.
Moskvada Azərbaycan günləri
© Photo : AZƏRTACAzərbaycanın musiqi ulduzları Moskva səhnəsində
Музыкальные звезды Азербайджана на московской сцене
 - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində
Fevralda Rusiyanın paytaxtında Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş Azərbaycan Günlərinin açılışı olub. Tədbir "Helikon-Opera" teatrında keçirilib. Təşkilatçılar Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi olub. Konsertdə Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov, Ceyla Seyidova çıxış ediblər.
Tədbirlər çərçivəsində Yeni Tretyakov Qalereyasında Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Tretyakov qalereyasının kolleksiyasından əsərlər" adlı əsərlərindən ibarət sərgi də açılıb. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Azərbaycan" pavilyonunda isə "Azərbaycan xalçası – yeni baxış" sərgisi açılıb.
Bakı Filarmoniyasında konsert
© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş klassik musiqi konserti
Праздничный концерт, приуроченный к 30-летию установлению дипотношений между Азербайджаном и Россией в государственной академической филармонии им. М. Магомаева - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş klassik musiqi konserti
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş klassik musiqi konserti keçirilib. Burada iki ölkə başçısının birgə bəyanatlarının, bəyannamələrinin imzalanması mərasimlərindən fotoşəkillərin yer aldığı fotosərgi nümayiş etdirilib. Tədbirin solistləri beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (skripka), əməkdar artistlər Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), İlham Nəzərov (bariton) və Cəlal Kərimov (bariton) olub.
Bakıda Vokalçıların Bülbül adına Müsabiqəsi
Bu il Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi layihənin adını daşıyan görkəmli müğənninin anadan olmasının 125 illiyinə həsr olunub. Burada Azərbaycan, Rusiya, Qazaxıstan, İsrail, Monqolustan, Özbəkistan, Gürcüstan, Ukrayna və digər ölkələrdən 18-35 yaş arası 95 müğənni iştirak edib.
Münsiflər heyətinə Azərbaycanın və Rusiyanın bir çox tanınmış mədəniyyət xadimləri daxil olub. Münsiflərin səsverməsinin nəticələrinə əsasən, müsabiqənin Qran-pri mükafatı Elmina Həsənovaya təqdim olunub. Birinci yerə Ankbayar Enkbold (Monqolustan), ikinci yerə Nikita Volkov (Rusiya), üçüncü yerə isə Aleksandra Sokolova (Rusiya) və digər vokalçılar layiq görülüb. Həmçinin Rusiya Federasiyasının nümayəndəsi Valeriya Latışeva "Tamaşaçılar rəğbəti mükafatı"nı alıb. Mükafatlandırma mərasimi Şuşada keçirilib.
Bakıda və Moskvada Müslüm Maqomayevin yubileyi
© Official website of President of Azerbaijan Republic Müslüm Maqomayevin yubileyi şərəfinə tədbir
Вечер памяти, посвященном 80-летнему юбилею всемирно известного оперного и эстрадного певца, композитора, народного артиста СССР и Азербайджана Муслима Магомаева - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Müslüm Maqomayevin yubileyi şərəfinə tədbir
Əfsanəvi azərbaycanlı, SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə Azərbaycanda və Rusiyada bir sıra yubiley tədbirləri keçirilib. Bu tədbirlər Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Onlarda iki ölkənin tanınmış incəsənət xadimləri iştirak ediblər.
Kitab sərgisi
© Sputnik / Murad OrujovVIII Bakı Beynəlxalq Kitab Sərgisi
VIII Бакинская международная книжная выставка - Sputnik Azərbaycan, 1920, 31.12.2022
VIII Bakı Beynəlxalq Kitab Sərgisi
Azərbaycan və xarici nəşriyyatların, o cümlədən Rusiya nəşriyyatlarının nümayəndələri öz məhsullarını VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim ediblər. Tədbir "Şuşa ili"nə həsr olunub. Rusiyanın stendində bu ölkənin müəlliflərinin müxtəlif janrlarda kitabları nümayiş olunub. Yevgeni Vodolazkin və Afanasi Məmmədov, Şamil İdiatullin və Anastasiya Strokina, Aleksandr Snegiryov, Oleq Şişkin, Vera Boqdanova, Arina Obux, Maksim Zamşev, İqor Sid və digər yazıçılar öz yaradıcılıqlarından və yeni kitablarından danışıblar. Üstəlik, Rusiya Tərcümə İnstitutu ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan və Rusiya arasında muzey əməkdaşlığı
© Sputnik / Kemale AliyevaBakıda "Gənc tamaşaçılar üçün muzey" beynəlxalq konfrans
Международная конференция Музей для юных посетителей - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Bakıda "Gənc tamaşaçılar üçün muzey" beynəlxalq konfrans
Oktyabr ayında Bakıda "Gənc tamaşaçılar üçün muzey" beynəlxalq konfransı təşkil olunub. Təşkilatçılar Azərbaycan Xalça Muzeyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu olub. Tədbirdə Azərbaycan, Rusiya, Serbiya, Türkmənistan və digər ölkələrdən 24 muzey işçisi iştirak edib. Rusiyadan "Kazan Kremli" Muzey-Qoruğunun, Sankt-Peterburq Dövlət Şəhər Heykəltəraşlıq Muzeyinin və digər muzey müəssisələrinin nümayəndələri gəliblər.
Bakıda ilk dəfə Sergey Obraztsov adına Kukla Teatrı
© Sputnik / Kemale AliyevaSergey Obraztsov adına Kukla Teatrı
Один из самых старинных и знаменитых спектаклей «Необыкновенный концерт» представила бакинской публике артисты Государственного академического центрального театра кукол имени Сергея Образцова - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Sergey Obraztsov adına Kukla Teatrı
Sergey Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının kollektivi ardıcıl üç gün - noyabrın 25, 26 və 27-də kollektiv Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Qeyri-adi konsert", "Ələddinin sehrli çırağı" və "Çəkməli pişik" adlı üç tamaşasını Bakı tamaşaçılarına təqdim edib.
Tamaşalar Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiya Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol və konsert planına uyğun olaraq, Rusiya Federasiyasının ROSCONCERT Federal Dövlət Büdcə Mədəniyyət Təşkilatı tərəfindən təşkil edilmiş Böyük qastrol çərçivəsində keçirilib.
Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq
© Sputnik / Kemale AliyevaRusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq
В Русском доме в Баку стартовало пленарное заседание «Диалог деятелей культуры России и Азербайджана. 30 лет успешного сотрудничества» - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq
Dekabrda Bakıdakı "Rus Evi"ndə "Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq" adlı plenar iclas keçirilib. Görüşdə iştirakçılar gələcək illər üçün mədəniyyət sahəsində, o cümlədən kinematoqrafiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bundan başqa Rusiya-Azərbaycan Kitabxana Forumu təşkil olunub.
Xəbər lenti
0