Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İslamda dünyəvi Yeni ilin qeyd edilməsinə qadağa yoxdur - Şimali Qafqaz müftisi

© Sputnik / Murad OrujovBakı Yeni il ərəfəsində
Bakı Yeni il ərəfəsində  - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Din xadimi bildirib ki, dünyəvi dövlətdə İslam dininin davamçıları yeni ildə qonşusuna cansağlığı arzulamaq, uşaqlara oyuncaq və ya şirniyyat vermək istəyirlərsə, bunda səhv bir şey yoxdur.
BAKI, 31 dekabr - Sputnik. "Müsəlmanlar yeni ilin başlanğıcını Qriqoryan təqviminə görə asanlıqla qeyd edə bilərlər, dini baxımdan buna heç bir qadağa yoxdur". Belə bir açıqlama ilə RİA Novosti-yə müsahibəsində Şimali Qafqaz Müsəlmanları üzrə Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev çıxış edib.
“Bəzən eşidirəm ki, müsəlmanlar ənənəvi dünyəvi Yeni ili qeyd etməməlidirlər və bu, az qala haramdır (qadağandır). Belə insanlardan soruşmaq istəyirəm: "Bunu haradan götürmüsünüz?" Əgər dünyəvi dövlətdə İslam dininin davamçıları bir-birinə sevinc bəxş etmək, qonşusuna cansağlığı arzulamaq, uşaqlara oyuncaq və ya şirniyyat vermək istəyirlərsə, deyin, bunun nə pisliyi var? Mən bunda səhv bir şey görmürəm”, - deyə Berdiyev bildirib.
© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidŞimali Qafqaz Müsəlmanları üzrə Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev
Ежегодное послание президента РФ В. Путина Федеральному Собранию - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Şimali Qafqaz Müsəlmanları üzrə Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev
Din xadimi onu da qeyd edib ki, hicri (müsəlman təqvimi) ilə Yeni ildə ardıcıllar ənənəvi olaraq namaz qılır və Quran oxuyurlar.
“Bununla yanaşı, öz ənənələri olan dünyəvi Yeni il var. Bu da nəzərə alınmalı və öz sevincinizi tapa bilməlisiniz", - deyə Berdiyev fikrini tamamlayıb.
Xəbər lenti
0