Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya dost olmayan qaz alıcılarına borclarını xarici valyutada ödəməyə icazə verilib

© Sputnik / Константин ЗавражинVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Sənəddə qeyd olunub ki, hətta alıcı qazın haqqını ödəmək öhdəliyini başqa şəxsə keçiribsə, bu zaman həmin şəxs də əməliyyatı müəyyən edilmiş qaydada yerinə yetirə bilər.
BAKI, 31 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin RF qazının tədarükü üçün borclar ödənilərkən dost olmayan ölkələrdən olan alıcılarla xarici valyutada hesablaşmalara icazə verib.
Bu barədə Hüquqi informasiyanın internet portalında dərc olunan müvafiq fərmanda deyilir.
Sənəd martın sonunda verilən və aprel ayından Rusiya qazının qeyri-dost ölkələrin alıcıları ilə rublla ödənilməsi qaydasını müəyyən edən fərmana 8-ci bənd əlavə olunub.
Bu bənddə göstərilir ki, əgər alıcı qazın haqqını ödəmək öhdəliyini başqa şəxsə keçiribsə, bu zaman həmin şəxs də əməliyyatı müəyyən edilmiş qaydada yerinə yetirir.
Yeni sənəddə aydınlıq gətirilir ki, “Rusiya tədarükçüsü ilə xarici alıcı arasında hesablaşmalar Rusiya tədarükçüsü xarici alıcıdan borcları yığdıqda və ya tədarükü həyata keçirilmiş təbii qazın tədarükü müqaviləsi üzrə Rusiya təchizatçısına borclarını ödədikdə və ya bu fərmanın 1-ci bəndinin “b” yarımbəndi əsasında xitam verilmişsə, belə müqavilənin şərtlərinə uyğun olaraq ödəniş müqavilədə göstərilən xarici valyuta ilə edilə bilər. Bu halda ödəniş təchizatçının müqavilədə müəyyən edilmiş xarici valyutada müvəkkil bank tərəfindən açılmış xüsusi hesabına aparılmalıdır.
Xəbər lenti
0