Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neftin qiyməti bir barel üçün 100 dolları keçə bilər

© AP Photo / Eric GayNeft çəlləyi, arxiv şəkli
Neft çəlləyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Rusiya neftinə məhdudiyyətlər tətbiq edildikdən sonra o, artıq 17% bahalaşıb.
BAKI, 31 dekabr — Sputnik. Gələn ilin birinci rübündə onun dünyada hasilatının azalması və qiymət məhdudiyyətlərinin qoyulması səbəbindən "Brent" markalı neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı qalxması mümkündür.
Bunu "RİA Novosti" agentliyinə qlobal enerji üzrə ekspert Məmduh Salame bildirib.
Agentliyin həmsöhbəti dünya bazarında neftin hasilatının azalması ilə əlaqədar qıtlığın yaranacağını, habelə Rusiya Federasiyasının neft məhsullarının onlar üçün qiymət tavanının qurulmasını dəstəkləyən ölkələrə ixracına qadağa qoyulması səbəbindən dünya bazarında neft çatışmazlığının yaranacağını proqnozlaşdırıb. Ekspertin fikrincə, davamlı tələbat fonunda neftin tədarükü gündəlik milyonlarla barel azala bilər ki, bu da qiymətlərin artmasına səbəb olacaq.
Salame qeyd edib ki, Rusiya neftinə məhdudiyyətlər tətbiq edildikdən sonra o, artıq 17% bahalaşıb.
Xatırladaq ki, G7, Aİ, Avstraliya və Norveç dekabrın 5-dən etibarən Rusiya Federasiyasından neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddi müəyyən etmək qərarına gəliblər.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Qərbin qiymət məhdudiyyətləri tətbiq etməsinə qarşı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd müqavilələrində qiymət məhdudiyyəti mexanizminin tətbiqini nəzərdə tutan ölkələrə neft məhsullarının tədarükünün qadağan edilməsini nəzərdə tutur.
Xəbər lenti
0