Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov və Çavuşoğlu Suriya nizamlanmasında addımların koordinasiyasını müzakirə ediblər

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Suriyanın “Əl-Vatan” qəzeti Dəməşqdəki mənbələrə istinadən yazıb ki, Ankara Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra qoşunlarını bu ölkənin ərazisindən çıxarmağa razı olub.
BAKI, 31 dekabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla Suriya nizamlanmasında addımların koordinasiyasını müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirlər Yeni il təbrikləri mübadiləsi aparıblar və 2023-cü il üçün xarici işlər nazirlikləri arasında əməkdaşlıq planlarını, o cümlədən Suriya nizamlanmasının təşviqi üçün addımların gələcək koordinasiyasını müzakirə ediblər", - deyə nazirliyin məlumatında bildirilir.
Daha əvvəl Suriyanın “Əl-Vatan” qəzeti Dəməşqdəki mənbələrə istinadən yazıb ki, Ankara Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra qoşunlarını Suriya ərazisindən çıxarmaq barədə razılığa gəlib.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Nazirlik aydınlaşdırıb ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.
Türkiyənin Hürriyet qəzetinin yazdığına görə, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.
Xəbər lenti
0