Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna raketinin Belarusda düşməsi həddindən artıq narahatlığa səbəb olur - Peskov

© Sputnik / Григорий СысоевDmitri Peskov, arxiv şəkli
Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Peskovun fikrincə, bu cür qarşılıqlı dialoqun mümkün olan ən yüksək səviyyəsi və onun məxfiliyi ölkələrə məlumat mübadiləsini sürətləndirməyə kömək edir.
BAKI, 30 dekabr — Sputnik. Ukrayna raketinin Belarusda düşməsi son dərəcə narahatlıq doğurur. Rusiya və Belarus hərbçiləri daimi təmasdadırlar. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, təkcə bizim deyil, belaruslu tərəfdaşlarımızın da həddindən artıq narahatlığına səbəb olan hadisədir", - deyə Peskov bildirib.
Peskov əlavə edib ki, Rusiya və Belarus ordusu daim təmasdadır və koordinasiya olunur. Peskovun fikrincə, bu cür qarşılıqlı dialoqun mümkün olan ən yüksək səviyyəsi və onun məxfiliyi ölkələrə məlumat mübadiləsini sürətləndirməyə kömək edir.
Dekabrın 29-da Belarus Müdafiə Nazirliyi respublikanın hava hücumundan müdafiə qüvvələrinin hissələri Brest vilayətinə düşən raketi vurduğunu, bunun Ukrayna ərazisindən atılan S-300 zenit raketi olduğu üzə çıxıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Xəbər lenti
0