Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Laçın dəhlizində baş verənlərlə bağlı xəbərdarlıq etdi

© Sputnik / Владимир БарановRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Mariya Zaxarova Azərbaycan ərazisində müvvəqqəti yerləşən Rusiya sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz adlandırıb.
BAKI, 30 dekabr - Sputnik. “Biz bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.
O, Azərbaycan ərazisində müvvəqqəti yerləşən Rusiya sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz adlandırıb. Qeyd edib ki, bunu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab edirlər.
“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.
O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib: “Ümidvarıq ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər”.
Xəbər lenti
0