Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya müsəlmanları İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

© AFP 2024 / OLIVER BUNICİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Ravil Qaynutdin İlham Əliyevin bütün xalqı vahid monolit qüvvəyə çevirən və müasir multikulturalizm nümunəsi olan siyasətini, Azərbaycandakı bütün millətlərə və konfessiyalara daimi qayğısını yüksək qiymətləndirib.
BAKI, 30 dekabr - Sputnik. Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı və bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahdan kömək diləyirəm.
Bütün dünyadan Sizin ünvanınıza gələn təbriklərə dərin hörmətlə qoşuluram, Sizə Rusiya müsəlmanlarının salamlarını və səmimi təbriklərini çatdırıram.
Sizin rəhbərliyinizlə qardaş Azərbaycanın siyasi və iqtisadi sahələrdə daimi inkişafını dərin sevinclə qeyd edirəm. Ölkənizin nüfuzu beynəlxalq aləmdə qat-qat möhkəmlənib, Azərbaycan dünya siyasətinin tanınmış mərkəzlərindən birinə çevrilib. Bu, Sizin çətin sınaqlarda qazandığınız qələbələr və müdrik xarici siyasət strategiyanız sayəsində mümkün olub. Sizin bütün xalqı vahid monolit qüvvəyə çevirən və müasir multikulturalizm nümunəsi olan siyasətinizi, Azərbaycandakı bütün millətlərə və konfessiyalara daimi qayğınızı yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına firavanlıq, rifah, tükənməz enerji bəxş etməsini, xeyirxah işlərinizdə köməyiniz olmasını diləyirəm".
Xəbər lenti
0