Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Dövlət qurumları tıxac probleminin qarşısında aciz qalıb - Fazil Mustafa

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Deputatın sözlərinə görə, metrodan elə şəkillər paylaşılır ki, orada hərəkət etməyin mümkün olmadığı aydın görünür.
BAKI, 30 dekabr - Sputnik. "Bakıda insanların əziyyət çəkdiyi tıxac problemi qarşısında dövlət qurumlarının aciz qaldığı görünür".
Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, gün ərzində hər kəs 2-3 saat tıxaclarda qalır. Bu isə iqtisadiyyatımıza ciddi zərbə vurur. Təklif edirəm ki, problemin həll olunması üçün şəffaf tender keçirək. Malayziyadan, Monqolustandan yaxud digər bir ölkədən şirkət gəlib, problemin həlli ilə bağlı konkret layihə hazırlasın.
"Bu sahədə problemlər göz önündədir. Metrodan elə şəkillər paylaşılır ki, orada hərəkət etməyin mümkün olmadığı aydın görünür", - deyə deputat əlavə edib.
Xatırladaq ki, ötən ay deputat Naqif Həmzəyev də tıxac problemindən danışıb. O bildirib ki, pik saatlarda metrodan istifadə etməyə cəhd etdim, ancaq alınmadı, bir neçə qatar buraxmalı oldum. Əvvəl sadəcə saat 8 radələrində ictimai nəqliyyatda sıxlıq olurdusa, indi saat 10-da da ictimai nəqliyyatdan istifadə etmək çətinləşib: "Bakıda əhalinin sayı çoxalıb. Metronun, ictimai nəqliyyatın əvvəlki rejimlə işləməsi bu problemi aradan qaldıra bilməz. Eyni zamanda Bakının mərkəzindəki məktəblərdə təhsil alan şagirdlərin əksəriyyətini valideyn şəxsi avtomobillə gətirir, bu da tıxac yaradır".
"Hesab edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun ki, biz tıxac problemini müəyyən dərəcədə aradan qaldıra bilək", - deyə o əlavə edib.
Onu da bildirək ki, dekabrın 6-da xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir. O xatırladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub. Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır.
"Son aylar Bakının nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatl ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir", - M.Ağayev bildirib.
Xəbər lenti
0