https://sputnik.az/20221229/rusiya-lacin-dehlizinin-acilmasi-ucun-yol-xeritesini-teqdim-etmelidir---pasinyan-450161590.html
Rusiya Laçın dəhlizinin açılması üçün yol xəritəsini təqdim etməlidir - Paşinyan
Rusiya Laçın dəhlizinin açılması üçün yol xəritəsini təqdim etməlidir - Paşinyan
Sputnik Azərbaycan
Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T12:00+0400
2022-12-29T12:00+0400
2022-12-29T12:10+0400
rusiya
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
ermənistan
laçın
laçın dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_0:0:2915:1640_1920x0_80_0_0_1396018eb66194d4fe9350a88978b0ac.jpg
BAKI, 29 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətə dair aydın izahat verməyə çağırıb. O, bu barədə hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərlə bağlı konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə dəyərləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir. "Bu, Ermənistanın və Qarabağdakı ermənilərin Rusiyadan cavab gözlədiyi məsələdir. Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür", - baş nazir bildirib. Paşinyan hesab edir ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya bölgəyə çoxmillətli əlavə sülhməramlı kontingent göndərilməlidir. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_92:0:2823:2048_1920x0_80_0_0_f3eb25fde1e1d8bd74802185e58a979a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ermənistan, laçın, laçın dəhlizi
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ermənistan, laçın, laçın dəhlizi
Rusiya Laçın dəhlizinin açılması üçün yol xəritəsini təqdim etməlidir - Paşinyan
12:00 29.12.2022 (Yenilənib: 12:10 29.12.2022) Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya bölgəyə çoxmillətli əlavə sülhməramlı kontingent göndərilməlidir.
BAKI, 29 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətə dair aydın izahat verməyə çağırıb. O, bu barədə hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərlə bağlı konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə dəyərləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir.
"Bu, Ermənistanın və Qarabağdakı ermənilərin Rusiyadan cavab gözlədiyi məsələdir. Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür", - baş nazir bildirib.
Paşinyan hesab edir ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya bölgəyə çoxmillətli əlavə sülhməramlı kontingent göndərilməlidir.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.