https://sputnik.az/20221229/rusiya-dunyanin-en-boyuk-neft-ixracatcisi-olub-ve-bele-de-qalacaq---maliyye-naziri-450172343.html
Rusiya dünyanın ən böyük neft ixracatçısı olub və belə də qalacaq - maliyyə naziri
Rusiya dünyanın ən böyük neft ixracatçısı olub və belə də qalacaq - maliyyə naziri
Sputnik Azərbaycan
Rusiya maliyyə naziri etiraf edib ki, Rusiya neftinin marjinal qiymətinin tətbiqi enerji bazarını deformasiyaya uğradacaq. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T22:00+0400
2022-12-29T22:00+0400
2022-12-29T22:00+0400
anton siluanov
rusiya
neft
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/40897/78/408977845_0:0:2931:1649_1920x0_80_0_0_7912d766f6669da583a8e90bd41b9f88.jpg
BAKI, 29 dekabr — Sputnik. Rusiya neftinə yüksək qiymət həddinin (1 barel üçün 60 dollar) tətbiq edilməsinə baxmayaraq, RF ən böyük yanacaq ixracatçısı olub və belə də qalacaq. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. "Rusiya ən böyük neft ixracatçılarından biridir. Belə də qalacaq", - deyə Siluanov qeyd edib. Bu yaxınlarda maliyyə naziri etiraf edib ki, Rusiya neftinin marjinal qiymətinin tətbiqi enerji bazarını deformasiyaya uğradacaq. Dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd Rusiyadan neft və neft məhsullarının müqavilədə qiymət həddi təyin edən ölkələrə tədarükünü qadağan edir. Burada neftin qiymət həddi mexanizmi nəzərdə tutulduğu halda, onun xarici alıcılara tədarükü də qadağandır. Eyni zamanda, Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi qərar əsasında mümkün olacaq. Sənəd 1 fevral 2023-cü il tarixindən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40897/78/408977845_0:0:2731:2048_1920x0_80_0_0_8dcf9449666d2ba260335d7f8e9b4e3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anton siluanov, neft, putin, vladimir putin
anton siluanov, neft, putin, vladimir putin
Rusiya dünyanın ən böyük neft ixracatçısı olub və belə də qalacaq - maliyyə naziri
Rusiya maliyyə naziri etiraf edib ki, Rusiya neftinin marjinal qiymətinin tətbiqi enerji bazarını deformasiyaya uğradacaq.
BAKI, 29 dekabr — Sputnik. Rusiya neftinə yüksək qiymət həddinin (1 barel üçün 60 dollar) tətbiq edilməsinə baxmayaraq, RF ən böyük yanacaq ixracatçısı olub və belə də qalacaq. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
"Rusiya ən böyük neft ixracatçılarından biridir. Belə də qalacaq", - deyə Siluanov qeyd edib.
Bu yaxınlarda maliyyə naziri etiraf edib ki, Rusiya neftinin marjinal qiymətinin tətbiqi enerji bazarını deformasiyaya uğradacaq.
Dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin neftin yüksək qiymət həddi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd Rusiyadan neft və neft məhsullarının müqavilədə qiymət həddi təyin edən ölkələrə tədarükünü qadağan edir. Burada neftin qiymət həddi mexanizmi nəzərdə tutulduğu halda, onun xarici alıcılara tədarükü də qadağandır.
Eyni zamanda, Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi qərar əsasında mümkün olacaq. Sənəd 1 fevral 2023-cü il tarixindən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək davam edəcək.