https://sputnik.az/20221229/astara-rest-demir-yolunun-tikintisini-basa-catdirmaq-ucun-ne-qeder-vesait-lazimdir-450133314.html
Astara-Rəşt dəmir yolunun tikintisini başa çatdırmaq üçün nə qədər vəsait lazımdır?
Astara-Rəşt dəmir yolunun tikintisini başa çatdırmaq üçün nə qədər vəsait lazımdır?
Sputnik Azərbaycan
Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T08:01+0400
2022-12-29T08:01+0400
2022-12-29T08:01+0400
dəmir yolu
rusiya
iran
astara
rəşt-astara dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/42227/12/422271215_0:60:1150:707_1920x0_80_0_0_e341a046497b4c211a230260a7918bac.png
BAKI, 29 dekabr — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsi olan Astara-Rəşt dəmir yolu hissəsinin tikintisini başa çatdırmaq üçün İrana 800 milyon avro lazımdır. Bunu İranın Yollar və şəhərsalma nazirinin müavini Xeyrolla Xademi bildirib. "Dəmir yolları sahəsində layihələr arasında əsas prioritet Astara-Rəşt dəmir yoludur. Bu layihəni başa çatdırmaq üçün bizə 800 milyon avro lazımdır", - İran KİV-i Xademiyə istinadən məlumat yayıb. Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib. Maliyyə dəstəyi tapılan kimi işlər başlaya bilər. Nazir müavininin sözlərinə görə, İran yaxın həftələrdə Rusiya tərəfdən cavab alacağını gözləyir. İran rəsmisi açıqlayıb ki, Tehran Moskvadan kredit və ya bu layihənin Rusiya özəl sektoru tərəfindən həyata keçirilməsi və istismarı şəklində vəsait almaq istəyir. Eyni zamanda, İran digər maliyyə mənbələrini nəzərdən keçirməyə hazırdır. "Rusiya bizə hələ maliyyə təklifi etməyib. Rusiya yaxşı təklif etsə, biz onu qəbul edəcəyik, amma Rusiya heç nə təklif etməsə və ya bizim üçün qəbuledilməz bir şey təklif etsə, biz daxili imkanlardan istifadə edərək bu layihəyə başlayacağıq. "-nazir müavini qeyd edib. "Rusiya mütəxəssisləri İran tərəfdən texniki sənədlər və araşdırmalar alıblar, texniki baxış keçiriblər. Hazırda İran tərəfi Moskvadan qiymətlər və işə başlamaq proseduru ilə bağlı məlumat gözləyir", - Xademi əlavə edib. Astara-Rəşt dəmir yolu Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində uzunluğu 7,2 min kilometr olan hissəsidir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Nəqliyyat Dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərb və Şərq (yerüstü). İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsinə 2018-ci ildə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/12/422271215_89:0:1150:796_1920x0_80_0_0_ff1e1c78408e5cebd47ce4089e157a89.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dəmir yolu, iran, astara, rəşt-astara dəmir yolu
dəmir yolu, iran, astara, rəşt-astara dəmir yolu
Astara-Rəşt dəmir yolunun tikintisini başa çatdırmaq üçün nə qədər vəsait lazımdır?
Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib.
BAKI, 29 dekabr — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsi olan Astara-Rəşt dəmir yolu hissəsinin tikintisini başa çatdırmaq üçün İrana 800 milyon avro lazımdır. Bunu İranın Yollar və şəhərsalma nazirinin müavini Xeyrolla Xademi bildirib.
"Dəmir yolları sahəsində layihələr arasında əsas prioritet Astara-Rəşt dəmir yoludur. Bu layihəni başa çatdırmaq üçün bizə 800 milyon avro lazımdır", - İran KİV-i Xademiyə istinadən məlumat yayıb.
Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib. Maliyyə dəstəyi tapılan kimi işlər başlaya bilər.
Nazir müavininin sözlərinə görə, İran yaxın həftələrdə Rusiya tərəfdən cavab alacağını gözləyir.
İran rəsmisi açıqlayıb ki, Tehran Moskvadan kredit və ya bu layihənin Rusiya özəl sektoru tərəfindən həyata keçirilməsi və istismarı şəklində vəsait almaq istəyir. Eyni zamanda, İran digər maliyyə mənbələrini nəzərdən keçirməyə hazırdır.
"Rusiya bizə hələ maliyyə təklifi etməyib. Rusiya yaxşı təklif etsə, biz onu qəbul edəcəyik, amma Rusiya heç nə təklif etməsə və ya bizim üçün qəbuledilməz bir şey təklif etsə, biz daxili imkanlardan istifadə edərək bu layihəyə başlayacağıq. "-nazir müavini qeyd edib.
"Rusiya mütəxəssisləri İran tərəfdən texniki sənədlər və araşdırmalar alıblar, texniki baxış keçiriblər. Hazırda İran tərəfi Moskvadan qiymətlər və işə başlamaq proseduru ilə bağlı məlumat gözləyir", - Xademi əlavə edib.
Astara-Rəşt dəmir yolu Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində uzunluğu 7,2 min kilometr olan hissəsidir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Nəqliyyat Dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərb və Şərq (yerüstü).
İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsinə 2018-ci ildə başlayıb.