https://sputnik.az/20221228/ukrayna-rusiyaya-qarsi-kibersinaqlar-ucun-muharibe-meydanina-cevrilib---rusiya-xn-450118016.html
Ukrayna Rusiyaya qarşı kibersınaqlar üçün müharibə meydanına çevrilib - Rusiya XİN
Ukrayna Rusiyaya qarşı kibersınaqlar üçün müharibə meydanına çevrilib - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini hesab edir ki, NATO Ukrayna vasitəsilə əslində, rəqəmsal silahları nəzarətsiz şəkildə paylayır. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T11:57+0400
2022-12-28T11:57+0400
2022-12-28T11:57+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xin
kiber
texnologiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427884613_0:0:2772:1560_1920x0_80_0_0_71321f3ce1dbac9704109fc724c2f87d.jpg
BAKI, 28 dekabr — Sputnik. Ukrayna Rusiyaya qarşı kibertexnologiyaları sınaqdan keçirmək üçün Qərbin müharibə meydanına çevrilib. Bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov müsahibəsində deyib. "Rusiyaya qarşı kiberhücumların böyük əksəriyyəti NATO, Aİ, eləcə də Ukrayna ərazisindən həyata keçirilir. Bu ölkə Qərb üçün hücum əməliyyatları təşkil etmək və kibertexnologiyaları sınaqdan keçirmək üçün müharibə meydanına çevrilib", - deyə Sıromolotov bildirib. O, nümunə olaraq qeyd edib ki, xüsusi hərbi əməliyyat fonunda Ukraynanın çağrı mərkəzlərini zərərsizləşdirdikdən sonra Rusiya vətəndaşlarına edilən saxta zənglərin sayı 5 dəfə azalıb. NATO-nun rəqəmsal silahları Diplomat hesab edir ki, NATO Ukrayna vasitəsilə əslində, rəqəmsal silahları nəzarətsiz şəkildə paylayır. "Aydın anlamaq lazımdır ki, Ukraynanın informasiya məkanında yaratdığı təhlükələr universal xarakter daşıyır", - deyə Sıromolotov bildirib. O əlavə edib ki, bu, beynəlxalq ictimaiyyətin bütün üzvləri üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Kiberhücumların sayı artıb Sıromolotovun sözlərinə görə, Rusiya Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın həyata keçirilməsi fonunda informasiya məkanında misli görünməmiş xarici aqressiya ilə üzləşib. "2022-ci ildə Rusiyaya edilən kiberhücumların sayı 80% artıb", - deyə nazir müavini qeyd edib. O, vurğulayıb ki, əgər ötən il cinayətkarların əsas hədəfi maliyyə müəssisələri idisə, bu il əsas zərbə dövlət sektoru, o cümlədən kritik informasiya infrastrukturu obyektləri və sosial əhəmiyyətli qurumların üzərinə düşüb. Diplomat əlavə edib ki, Rusiyanın İT infrastrukturu bu gün kompüter hücumlarına qarşı effektiv mübarizə aparmağa imkan verir. "2022-ci ildə dövlət resurslarına qarşı 25 mindən çox kiberhücumun və kritik infrastruktur obyektlərində 1,2 min insidentin uğurla aradan qaldırılması mümkün olub", - deyə Sıromolotov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427884613_43:0:2772:2047_1920x0_80_0_0_455e6efa9049833ec0f192e9a754ab44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, kiber, texnologiya, ukrayna
rusiya xin, kiber, texnologiya, ukrayna
Ukrayna Rusiyaya qarşı kibersınaqlar üçün müharibə meydanına çevrilib - Rusiya XİN
Rusiya xarici işlər nazirinin müavini hesab edir ki, NATO Ukrayna vasitəsilə əslində, rəqəmsal silahları nəzarətsiz şəkildə paylayır.
BAKI, 28 dekabr — Sputnik. Ukrayna Rusiyaya qarşı kibertexnologiyaları sınaqdan keçirmək üçün Qərbin müharibə meydanına çevrilib. Bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov müsahibəsində deyib.
"Rusiyaya qarşı kiberhücumların böyük əksəriyyəti NATO, Aİ, eləcə də Ukrayna ərazisindən həyata keçirilir. Bu ölkə Qərb üçün hücum əməliyyatları təşkil etmək və kibertexnologiyaları sınaqdan keçirmək üçün müharibə meydanına çevrilib", - deyə Sıromolotov bildirib.
O, nümunə olaraq qeyd edib ki, xüsusi hərbi əməliyyat fonunda Ukraynanın çağrı mərkəzlərini zərərsizləşdirdikdən sonra Rusiya vətəndaşlarına edilən saxta zənglərin sayı 5 dəfə azalıb.
NATO-nun rəqəmsal silahları
Diplomat hesab edir ki, NATO Ukrayna vasitəsilə əslində, rəqəmsal silahları nəzarətsiz şəkildə paylayır.
"Aydın anlamaq lazımdır ki, Ukraynanın informasiya məkanında yaratdığı təhlükələr universal xarakter daşıyır", - deyə Sıromolotov bildirib.
O əlavə edib ki, bu, beynəlxalq ictimaiyyətin bütün üzvləri üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
"Bu gün Rusiya hədəflənib, sabah bizim yerimizdə Vaşinqtonun bəyənmədiyi hər hansı başqa dövlət ola bilər", - deyə Rusiya xarici işlər nazirinin müavini izah edib.
Kiberhücumların sayı artıb
Sıromolotovun sözlərinə görə, Rusiya Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın həyata keçirilməsi fonunda informasiya məkanında misli görünməmiş xarici aqressiya ilə üzləşib.
"2022-ci ildə Rusiyaya edilən kiberhücumların sayı 80% artıb", - deyə nazir müavini qeyd edib.
O, vurğulayıb ki, əgər ötən il cinayətkarların əsas hədəfi maliyyə müəssisələri idisə, bu il əsas zərbə dövlət sektoru, o cümlədən kritik informasiya infrastrukturu obyektləri və sosial əhəmiyyətli qurumların üzərinə düşüb.
Diplomat əlavə edib ki, Rusiyanın İT infrastrukturu bu gün kompüter hücumlarına qarşı effektiv mübarizə aparmağa imkan verir.
"2022-ci ildə dövlət resurslarına qarşı 25 mindən çox kiberhücumun və kritik infrastruktur obyektlərində 1,2 min insidentin uğurla aradan qaldırılması mümkün olub", - deyə Sıromolotov bildirib.