https://sputnik.az/20221228/rusiyani-bmt-den-cixarmaq-cagirislarina-cavab-vermek-lazim-deyil---zaxarova-450109943.html
Rusiyanı BMT-dən kənarlaşdırmaq çağırışlarına cavab vermək lazım deyil - Zaxarova
Rusiyanı BMT-dən kənarlaşdırmaq çağırışlarına cavab vermək lazım deyil - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kiyevin Rusiyanı BMT-dən çıxarmaq çağırışlarını şərh edib. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T10:41+0400
2022-12-28T10:41+0400
2022-12-28T10:41+0400
rusiya
mariya zaxarova
rusiya xin
kiyev
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 28 dekabr — Sputnik. "İt hürər, karvan geçər". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin Rusiyanı BMT-dən çıxarmaq çağırışlarını belə şərh edib. Onun fikrincə, Kiyevə cavab verməyə ehtiyac yoxdur. "Heç nə etmək lazım deyil. İt hürəndə, karvan isə öz yolu hərəkət edəndə, belə olur", - deyə Zaxarova "Sputnik" radiosunun aparıcısının Rusiyanın bu cür bəyanatlara necə reaksiya verməsi barədə sualını cavablandırıb. Zaxarova xatırladıb ki, Ukraynanın tarixində müxtəlif şəxsiyyətlər yaşayıb. "Son illərdə və onilliklərdə orada çoxlu yaramaz var idi. Onlar ölkəni tamamilə xarabalığa çevirdilər, fəlakətin astanasına gətirdilər. Sadəcə, bunu nəzərə almalıyıq, siyasətimizi buna uyğun qurmalıyıq... amma içərisində heç bir tarixi mahiyyət və ya məntiq olmayan bu ağrılı bəyanatları dinləməyə və hətta xəyallarda belə nəyə gətirib çıxara biləcəyini anlamağa qəti dəyməz", - deyə Zaxarova bildirib. Ukrayna Xarici İşlər Nazirliyi, bazar ertəsi verdiyi açıqlamada, Rusiya Federasiyasının əsas orqanda – Təhlükəsizlik Şurasında veto hüququna sahib olduğu bir təşkilatın nizamnaməsinə görə, bunun mümkünsüzlüyünə baxmayaraq, Rusiyanı BMT-dən kənarlaşdırmağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, rusiya xin, kiyev, bmt
mariya zaxarova, rusiya xin, kiyev, bmt
Rusiyanı BMT-dən kənarlaşdırmaq çağırışlarına cavab vermək lazım deyil - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kiyevin Rusiyanı BMT-dən çıxarmaq çağırışlarını şərh edib.
BAKI, 28 dekabr — Sputnik. "İt hürər, karvan geçər". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin Rusiyanı BMT-dən çıxarmaq çağırışlarını belə şərh edib. Onun fikrincə, Kiyevə cavab verməyə ehtiyac yoxdur.
"Heç nə etmək lazım deyil. İt hürəndə, karvan isə öz yolu hərəkət edəndə, belə olur", - deyə Zaxarova "Sputnik" radiosunun aparıcısının Rusiyanın bu cür bəyanatlara necə reaksiya verməsi barədə sualını cavablandırıb.
Zaxarova xatırladıb ki, Ukraynanın tarixində müxtəlif şəxsiyyətlər yaşayıb.
"Son illərdə və onilliklərdə orada çoxlu yaramaz var idi. Onlar ölkəni tamamilə xarabalığa çevirdilər, fəlakətin astanasına gətirdilər. Sadəcə, bunu nəzərə almalıyıq, siyasətimizi buna uyğun qurmalıyıq... amma içərisində heç bir tarixi mahiyyət və ya məntiq olmayan bu ağrılı bəyanatları dinləməyə və hətta xəyallarda belə nəyə gətirib çıxara biləcəyini anlamağa qəti dəyməz", - deyə Zaxarova bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi, bazar ertəsi verdiyi açıqlamada, Rusiya Federasiyasının əsas orqanda – Təhlükəsizlik Şurasında veto hüququna sahib olduğu bir təşkilatın nizamnaməsinə görə, bunun mümkünsüzlüyünə baxmayaraq, Rusiyanı BMT-dən kənarlaşdırmağa çağırıb.