Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı

© Sputnik / Константин МихальчевскийRusiya əsgəri
Rusiya əsgəri - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Ümumilikdə, xüsusi əməliyyat başlayandan indiyədək 350-dən çox təyyarə, 200-ə yaxın helikopter, 2700-dən çox dron, 400-ə yaxın zenit-raket kompleksi, 7300-ə yaxın tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 28 dekabr — Sputnik. Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində son sutka ərzində 80-dən çox ukraynalı hərbçini və 10 texnikanı məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə günü xəbər verib.
"Donetsk istiqamətində RF Silahlı Qüvvələrinin aktiv hərəkətləri nəticəsində sutkada 80-dən çox ukraynalı hərbçi, bir tank, dörd zirehli döyüş texnikası və beş avtomobil məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Kupyansk istiqaməti: Ukrayna Silahlı Qüvvələrinin 30 hərbçisinin məhv edilməsi
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya ordusu Xarkov vilayətinin Sinkovka, Timkovka və Kislovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məhv edib.
"30-dan çox ukraynalı hərbçi, üç zirehli döyüş maşını və iki avtomobil zərərsizləşdirilib", - Müdafiə Nazirliyi bildirib.
Krasno-Limansk istiqaməti: dörd qrup məhv edilib
Rusiya Silahlı Qüvvələri artilleriya atəşi ilə Ukrayna qoşunlarının 25-ci hava-desant, 80-ci və 95-ci desant-hücum briqadalarının dörd rota taktiki qrupunu, eləcə də Novolyubovka, Nevskoye "LXR", Ternı "DXR", həmçinin Serebryanski meşəliyində 103-cü ərazi müdafiə briqadalarını məhv ediblər.
"170-dən çox ukraynalı hərbçi, iki zirehli nəqliyyat vasitəsi və dörd pikap məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Cənubi Donetsk istiqaməti: xarici muzdluların məhv edilməsi
Rusiya ordusu "Donetsk Xalq Respublikası"nın Uqledar şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadasının bölmələrini, eləcə də xarici muzdluları darmadağın edib.
"70-dən çox ukraynalı hərbçi və muzdlu, beş zirehli döyüş maşını və iki pikap məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bundan əlavə, RF Silahlı Qüvvələri "DXR"in Vladimirovka rayonunda Ukraynanın təxribat-kəşfiyyat qrupunu məhv edib.
Anbarlar və idarəetmə məntəqələri
Rusiya raket qoşunları və artilleriyası Zaporojye vilayətinin Qulyaypole yaşayış məntəqəsi yaxınlığında ukraynalı hərbçilərin silah və hərbi texnikası olan anbarını məhv edib.
Bundan başqa, Xarkov vilayətində və "DXR"də Ukrayna hərbçilərinin beş idarəetmə məntəqəsi, atəş mövqelərindəki 72 artilleriya bölməsi, 97 rayonda canlı qüvvə və hərbi texnika darmadağın edilib.
Əks-batareya mübarizəsi
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri əks-batareya döyüşü zamanı "DXR"də Amerika istehsalı olan iki M777 artilleriya sistemini və Almaniya istehsalı olan FH-70 haubitsasını məhv edib.
"Donetsk Xalq Respublikası"nın Krasnoqorovka yaşayış məntəqəsi yaxınlığında aparılan əks-batareya döyüşü zamanı ABŞ istehsalı olan iki M777 artilleriya sistemi və Almaniya istehsalı olan FH-70 haubitsası məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Əməliyyatın əvvəlindən...
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 352 təyyarə, 192 helikopter, 2734 pilotsuz uçuş aparatı, 399 zenit-raket kompleksi, 7282 tank və digər zirehli döyüş maşını, 950 reaktiv yaylım atəşli döyüş sistemləri, 3737 səhra artilleriya və minaatan, o cümlədən 7792 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Xəbər lenti
0