https://sputnik.az/20221228/qizilbulaq-ve-demirli-yataqlarinin-istismari-dayandirilib-450148605.html
"Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı dayandırılıb
"Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı dayandırılıb
Sputnik Azərbaycan
Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkətinin 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz... 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T20:41+0400
2022-12-28T20:41+0400
2022-12-28T20:41+0400
qarabağ
mədən
qarabağ
istismar
qızıl
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_0:107:2596:1567_1920x0_80_0_0_b440bbaecbbc3303d44ca90a1628bb49.jpg
BAKI, 28 dekabr - Sputnik. Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının istismarı dayandırılıb. APA-nın xəbərinə görə, yataqları qanunsuz istismar edən “Base Metals” şirkət fəaliyyətinin dayandırdığını açıqlayıb.Şirkətin yaydığı məlumatda azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib.Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir və Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir.Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirib.“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_388:0:2596:1656_1920x0_80_0_0_2b42436cf1e7cae55258801de5eaedaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədən, qarabağ, istismar, qızıl
mədən, qarabağ, istismar, qızıl
"Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı dayandırılıb
Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkətinin 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirdiyi bildirilir.
BAKI, 28 dekabr - Sputnik. Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının istismarı dayandırılıb. APA-nın xəbərinə görə, yataqları qanunsuz istismar edən “Base Metals” şirkət fəaliyyətinin dayandırdığını açıqlayıb.
Şirkətin yaydığı məlumatda azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib.
Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir və Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir.
Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" mis-qızıl və "Dəmirli" yatağının qanunsuz istismarını həyata keçirib.
“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir.