https://sputnik.az/20221228/peskov-qiymet-heddine-qarsi-fermani-serh-etdi-onlara-tetbiq-edilmeyecek-450128347.html
Peskov qiymət həddinə qarşı fərmanı şərh etdi: onlara tətbiq edilməyəcək
Peskov qiymət həddinə qarşı fərmanı şərh etdi: onlara tətbiq edilməyəcək
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qərb qaz qiymətlərinə "tavan" tətbiq etməsi ilə bağlı Rusiya hakimiyyəti vəziyyəti təhlil edir, sonrakı... 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T14:53+0400
2022-12-28T14:53+0400
2022-12-28T14:53+0400
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
neft
rusiya prezidenti vladimir putin
fərman
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 28 dekabr — Sputnik. Prezident Vladimir Putinin Rusiya neftinin qiymət həddinə cavabı barədə fərmanı, mövcud müqavilələrə də aiddir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət limiti qoyublar. Ötən gün Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla müqavilələrdə birbaşa və ya dolayısı ilə ABŞ və digər qeyri-dost ölkələr tərəfindən tətbiq edilən qiymət həddi mexanizmindən istifadəni nəzərdə tutursa, Rusiya neftinin və neft məhsullarının onlara tədarükünü qadağan edib. Üstəlik, qadağa son alıcıya tədarükün bütün mərhələlərində tətbiq edilir. Neft üçün Rusiyanın cavabı fevralın 1-dən işə düşəcək, neft məhsulları üçün isə dəqiq tarixi hökumət müəyyən edəcək. Fərmanın ümumi müddəti hazırda 2023-cü il iyulun 1-nə qədərdir. Bundan əvvəl Avropa İttifaqı nəhayət, üzən qiymət limiti ilə qaz bazarının korreksiyası üçün müvəqqəti mexanizmin yaradılması barədə razılığa gəlib.Avropanın ən böyük qaz qovşağında TTF-də aylıq fyuçers qiyməti üç iş günü ərzində MVt/saat üçün 180 avronu keçdikdə və eyni zamanda bu qiymət LNG-nin dünya bazarlarında müəyyənləşdirici qiymətindən 35 avro yüksək olduqda avtomatik olaraq işə düşəcək. Mexanizm 2023-cü ilin fevralından tətbiq olunacaq. Onun fəaliyyəti bir il müddətinə nəzərdə tutulub, amma Avropa Komissiyası onun uzadılmasını təklif edə biləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vladimir putinin köməkçisi dmitri peskov, neft, rusiya prezidenti vladimir putin, fərman
vladimir putinin köməkçisi dmitri peskov, neft, rusiya prezidenti vladimir putin, fərman
Peskov qiymət həddinə qarşı fərmanı şərh etdi: onlara tətbiq edilməyəcək
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qərb qaz qiymətlərinə "tavan" tətbiq etməsi ilə bağlı Rusiya hakimiyyəti vəziyyəti təhlil edir, sonrakı addımlar barədə danışmaq hələ tezdir.
BAKI, 28 dekabr — Sputnik. Prezident Vladimir Putinin Rusiya neftinin qiymət həddinə cavabı barədə fərmanı, mövcud müqavilələrə də aiddir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Əgər mövcud müqavilələrdə qiymət həddinə istinad varsa, bu, qəbuledilməzdir. Amma qiymət həddinə istinad yoxdursa, bu, fərman onlara tətbiq edilmir", - deyə Peskov bildirib.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət limiti qoyublar.
Ötən gün Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla müqavilələrdə birbaşa və ya dolayısı ilə ABŞ və digər qeyri-dost ölkələr tərəfindən tətbiq edilən qiymət həddi mexanizmindən istifadəni nəzərdə tutursa, Rusiya neftinin və neft məhsullarının onlara tədarükünü qadağan edib. Üstəlik, qadağa son alıcıya tədarükün bütün mərhələlərində tətbiq edilir. Neft üçün Rusiyanın cavabı fevralın 1-dən işə düşəcək, neft məhsulları üçün isə dəqiq tarixi hökumət müəyyən edəcək. Fərmanın ümumi müddəti hazırda 2023-cü il iyulun 1-nə qədərdir.
"Qərbin qaz qiymətlərinə "tavan" tətbiq etməsi ilə bağlı Rusiya hakimiyyəti vəziyyəti təhlil edir, sonrakı addımlar barədə danışmaq hələ tezdir. Qaz bazarının özünəməxsus xüsusiyyətləri var. Vəziyyət təhlil edilir. Bundan əlavə, təbii ki, təhlillər başa çatdıqdan sonra, bəzi əlavə addımlar artıq formalaşacaq", - Peskov bildirib.
Bundan əvvəl Avropa İttifaqı nəhayət, üzən qiymət limiti ilə qaz bazarının korreksiyası üçün müvəqqəti mexanizmin yaradılması barədə razılığa gəlib.
Avropanın ən böyük qaz qovşağında TTF-də aylıq fyuçers qiyməti üç iş günü ərzində MVt/saat üçün 180 avronu keçdikdə və eyni zamanda bu qiymət LNG-nin dünya bazarlarında müəyyənləşdirici qiymətindən 35 avro yüksək olduqda avtomatik olaraq işə düşəcək. Mexanizm 2023-cü ilin fevralından tətbiq olunacaq. Onun fəaliyyəti bir il müddətinə nəzərdə tutulub, amma Avropa Komissiyası onun uzadılmasını təklif edə biləcək.