Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov xüsusi hərbi əməliyyatın məqsədləri ilə bağlı Rusiyanın niyyətini açıqladı

© Sputnik / Константин МихальчевскийRusiya Federasiyasının hərbi qulluqçuları
Rusiya Federasiyasının hərbi qulluqçuları - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Nazir vurğulayıb ki, xüsusi hərbi əməliyyatın digər mühüm məqsədi Ukrayna ərazisində təhlükəsizliyə istənilən təhdidlərin yaradılmasının qarşısını almaqdır.
BAKI, 28 dekabr — Sputnik. Rusiya dörd yeni regionunun təhlükəsizliyini və bütün ölkənin təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasını əhatə edən xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsini təmin etmək niyyətindədir. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz xüsusi hərbi əməliyyatın məqsədlərinin yerinə yetirilməsini təmin etmək niyyətindəyik. Prezidentin vurğuladığı kimi, bizim mütləq prioritetimiz Rusiya Federasiyasının 4 yeni regionudur ki, onlar uzun illərdir məruz qaldıqları nasizm təhdidlərindən azad edilməlidir və orada yaşayan bütün insanların təhlükəsizliyi təmin edilməlidir", - Lavrov Birinci Kanalda "Böyük Oyun" proqramına müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, xüsusi hərbi əməliyyatın digər mühüm məqsədi Ukrayna ərazisində təhlükəsizliyə istənilən təhdidlərin yaradılmasının qarşısını almaqdır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0