https://sputnik.az/20221228/azerbaycanda-meshur-ozel-mekteb-musadire-olunub-450139686.html
Azərbaycanda məşhur özəl məktəb müsadirə olunub
Azərbaycanda məşhur özəl məktəb müsadirə olunub
Sputnik Azərbaycan
Külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinən iş adamı cəzasını ciddi... 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T23:11+0400
2022-12-28T23:11+0400
2022-12-28T23:11+0400
bakı
paytaxt xəbərləri
sumqayıt
"baku steel company"
həbs
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512287_0:157:3081:1890_1920x0_80_0_0_d8833539e0e6ec41bab6f75b9eadfd3a.jpg
BAKI, 28 dekabr — Sputnik. "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub. Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir. Hökmdə qeyd edilib ki, Rasim Məmmədovun Bakının Səməd Vurğun küçəsində yerləşən iki evi və Bakıdakı bir torpaq sahəsinin üzərindən həbs götürülüb. Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib (APA).Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Rasim Məmmədov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.İş adamı cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512287_174:0:2905:2048_1920x0_80_0_0_13c96d8fe28b7f93d932dac87fd936e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, sumqayıt, "baku steel company", həbs
bakı, sumqayıt, "baku steel company", həbs
Azərbaycanda məşhur özəl məktəb müsadirə olunub
Külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinən iş adamı cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
BAKI, 28 dekabr — Sputnik. "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.
Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.
Hökmdə qeyd edilib ki, Rasim Məmmədovun Bakının Səməd Vurğun küçəsində yerləşən iki evi və Bakıdakı bir torpaq sahəsinin üzərindən həbs götürülüb.
Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib (APA).
Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rasim Məmmədov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
İş adamı cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.