https://sputnik.az/20221227/putin-rusiya-neftine-qiymet-heddi-qoyanlara-yanacaq-tedarukunu-qadagan-edib-450098800.html
Putin Rusiya neftinə qiymət həddi qoyanlara yanacaq tədarükünü qadağan edib
Putin Rusiya neftinə qiymət həddi qoyanlara yanacaq tədarükünü qadağan edib
Sputnik Azərbaycan
Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T20:55+0400
2022-12-27T20:55+0400
2022-12-27T20:55+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
neft
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450057601_0:142:3138:1907_1920x0_80_0_0_60cc0cf82a1598bad31a65b25d7a3849.jpg
BAKI, 27 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.Prezident, həmçinin müqavilədə qiymət həddi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünü qadağan edib.Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.Ötən cümə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qiymətlərin yuxarı həddi ilə əlaqədar olaraq müqavilələrdə bu şərtə əməl olunmasını tələb edən ölkələrə və hüquqi şəxslərə neft və neft məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır. Bu baxımdan hasilatı azaltmağa hazırdır ki, bu da gələn ilin əvvəlində 5-7% ola bilər.Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddinin qüvvəyə minməsini şərh edərkən bildirib ki, ölkəsi məhdudiyyətləri dəstəkləyəcək ölkələrə neft satmayacaq. O, yaxın vaxtlarda cavab tədbirləri ilə bağlı fərman verəcəyini də qeyd edib.Qərbin neft sanksiyaları dekabrın 5-dən qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftinin qəbulunu dayandırıb. Bundan əlavə, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət həddi tətbiq etməklə yanaşı, marjinal dəyəri lazım olduqda tənzimləməyə imkan verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450057601_204:0:2935:2048_1920x0_80_0_0_d62995411e9a3e6b0d4c6dc09911dedc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, neft, avropa ittifaqı
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, neft, avropa ittifaqı
Putin Rusiya neftinə qiymət həddi qoyanlara yanacaq tədarükünü qadağan edib
Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.
BAKI, 27 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.
Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.
Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.
Prezident, həmçinin müqavilədə qiymət həddi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünü qadağan edib.
Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.
Ötən cümə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qiymətlərin yuxarı həddi ilə əlaqədar olaraq müqavilələrdə bu şərtə əməl olunmasını tələb edən ölkələrə və hüquqi şəxslərə neft və neft məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır. Bu baxımdan hasilatı azaltmağa hazırdır ki, bu da gələn ilin əvvəlində 5-7% ola bilər.
Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddinin qüvvəyə minməsini şərh edərkən bildirib ki, ölkəsi məhdudiyyətləri dəstəkləyəcək ölkələrə neft satmayacaq. O, yaxın vaxtlarda cavab tədbirləri ilə bağlı fərman verəcəyini də qeyd edib.
Qərbin neft sanksiyaları dekabrın 5-dən qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftinin qəbulunu dayandırıb. Bundan əlavə, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət həddi tətbiq etməklə yanaşı, marjinal dəyəri lazım olduqda tənzimləməyə imkan verib.