Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Tatarıstan prezidentinin rəis adlandırılması təklifinə münasibət bildirib

© Sputnik / Maria SelivanovaTulanın Kazan çaykənarı parkında incəsənət obyekti
Tulanın Kazan çaykənarı parkında incəsənət obyekti - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Tatarıstan Prezidenti vəzifəsinin rəis adlandırılması qanunverici orqanın qərarıdır.
BAKI, 27 dekabr - Sputnik. Kremlin mətbuat katibi Dmitri Peskov Tatarıstan prezidenti vəzifəsinin adının dəyişdirilərək rəis adlandırılmasına münasibət bildirib.
Kremlin sözçüsü Tatarıstanın Prezidenti vəzifəsinin rəis adlandırılmasının qanunverici orqanın qərarı olduğunu söyləyib. O bildirib ki, bu qərara hörmətlə yanaşmaq olar (APA).
Qeyd edək ki, Tatarıstan parlamentinin iclasında dövlət quruculuğu və yerli özünüidarəetmə komitəsinin sədri Albert Xabibullin Tatarıstanın Prezidenti postunun adının dəyişdirilərək rəis adlandırılmasını təklif edib.
Xatırladaq ki, Tatarıstan Respublikasının birinci şəxsinin vəzifəsi hələ də Prezident adlanır. Rusiya Federasiyasının digər muxtar respublikalarının birinci şəxsinin vəzifəsi isə artıq uzun müddətdir ki, başçı adlanır.
Xəbər lenti
0