Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bu il Bakıda tikilən məktəblərin sayı açıqlanıb

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib
BAKI, 27 dekabr — Sputnik. 2022-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
BŞTİ-dən verilən xəbərə görə, ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.
Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, "Çiçək") əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib.
Həmçinin cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, "A.Məmmədov" adına) əsaslı təmir işlərinə başlanılıb.
Xəbər lenti
0