https://sputnik.az/20221226/putin-sankt-peterburqda-eliyev-ve-pasinyanla-ikiterefli-gorusler-kecirecek-450037604.html
Putin Sankt-Peterburqda Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
Putin Sankt-Peterburqda Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
Sputnik Azərbaycan
Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T14:45+0400
2022-12-26T14:45+0400
2022-12-26T14:57+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448095925_0:136:2977:1811_1920x0_80_0_0_0df0f99505d5d41f45069c85900f76bc.jpg
BAKI, 26 dekabr — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər. "İkitərəfli təmaslar, təbii ki, baş tutacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək", - o deyib. Dekabrın 26-27-də MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Tacikistan rəhbəri Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburq görüşündə iştirak edəcəklər. Ölkə liderləri 2022-ci ilin yekunlarını və Birlik üçün ən aktual sahələrdə gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər. Qarabağ nizamlanması və Qırğızıstan-Tacikistan sərhədindəki qeyri-sabitlik mövzusu hələ də aktual mövzular arasında qalır. Yeni mövzular arasında Rusiya, Qazaxıstan və Özbəkistan arasında qazla bağlı "üçlü ittifaq"ın yaradılması perspektivi də var. Bundan əvvəlki analoji görüş oktyabrın 7-də şimal paytaxtında keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448095925_29:0:2760:2048_1920x0_80_0_0_990c7c6a8774e9c5403e89390ba92c77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Putin Sankt-Peterburqda Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
14:45 26.12.2022 (Yenilənib: 14:57 26.12.2022) Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər.
BAKI, 26 dekabr — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək sammit zamanı MDB ölkələrinin liderləri ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər.
"İkitərəfli təmaslar, təbii ki, baş tutacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək", - o deyib.
Dekabrın 26-27-də MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Tacikistan rəhbəri Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburq görüşündə iştirak edəcəklər.
Ölkə liderləri 2022-ci ilin yekunlarını və Birlik üçün ən aktual sahələrdə gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər. Qarabağ nizamlanması və Qırğızıstan-Tacikistan sərhədindəki qeyri-sabitlik mövzusu hələ də aktual mövzular arasında qalır. Yeni mövzular arasında Rusiya, Qazaxıstan və Özbəkistan arasında qazla bağlı "üçlü ittifaq"ın yaradılması perspektivi də var.
Bundan əvvəlki analoji görüş oktyabrın 7-də şimal paytaxtında keçirilib.