Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqon Ukrayna silahlı qüvvələri üçün hiyləgər həll yolu tapıb

© AP Photo / Charles DharapakPentaqon
Pentaqon - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
JDAM sistemləri Ukrayna ərazisindəki döyüş zonalarında hökm sürən iqlim şəraitində sınaqdan keçirilməyib.
BAKI, 26 dekabr — Sputnik. Ukrayna ABŞ-dan adi döyüş sursatlarını yüksək dəqiqlikli silahlara çevirmək qabiliyyətinə malik olan JDAM sistemləri ala bilər.
"RİA Novosti"nin şərhçisi David Narmania qeyd edib ki, bu halda Ukrayna silahlı qüvvələrində problemlər yaranacaq.
İş orasındadır ki, bu komplekslər Ukrayna ərazisindəki döyüş zonalarında hökm sürən iqlim şəraitində sınaqdan keçirilməyib.
Bundan əlavə, JDAM-ın istifadəsi üçün Ukrayna silahlı qüvvələrində, demək olar ki, qalmayan aviasiya tələb olunur.
Bu komplekslərin üstünlüyü aşağı, təxminən 24 min dollar təşkil edən qiymətindədir. Eyni zamanda, modifikasiya edilmiş bombalar 70-80 kilometr məsafədə zərbə endirmək imkanına malik olacaq, lakin onlar hərəkətdə olan hədəfləri məhv etmək üçün uyğun deyil.
Qeyd edək ki, Joint Direct Attack Munition (JDAM - Birləşmişl Birbaşa Hücum Sursatı) mövcud sərbəst düşən bombaları (“lal bombalar”) hər cür hava şəraitində işləyən “ağıllı” sursatlara çevirən GPS texnologiyasına əsaslanan avadanlıq dəstidir. ABŞ-da dizayn edilib.
Xəbər lenti
0