https://sputnik.az/20221226/lacin-dehlizindeki-veziyyet-sulh-danisiqlarini-cetinlesdirir---rusiya-xn-450026051.html
Laçın dəhlizindəki vəziyyət sülh danışıqlarını çətinləşdirir - Rusiya XİN
Laçın dəhlizindəki vəziyyət sülh danışıqlarını çətinləşdirir - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi... 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T12:00+0400
2022-12-26T12:00+0400
2022-12-26T12:01+0400
laçın
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449535840_0:0:1149:647_1920x0_80_0_0_b37b1b570f93e8ca1feb922e5c6a0b2f.png
BAKI, 26 dekabr — Sputnik. Laçın dəhlizi ətrafında gərginliyin artması Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə fəaliyyəti çətinləşdirir. Bunu TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. "Şübhəsiz ki, Laçın dəhlizi ətrafında indiki eskalasiya kimi insidentlər danışıqların fonunu, o cümlədən sülh müqaviləsini çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz bütün məsələlər üzrə birgə işi bərpa etməyi səbirsizliklə gözləyirik. Ermənistan-Azərbaycan münasibətlərin tezliklə normallaşmasına nail olacaqlar", - nazir müavini bildirib. "Biz hesab edirik ki, bu halda sənəd üzrə razılaşmanın vaxtı o qədər də vacib deyil. Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər", - diplomat əlavə edib. Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə kömək etməyə hazırdır. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449535840_112:0:1035:692_1920x0_80_0_0_bc2cfcea6a9b2c2d22c29e9da4005083.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
laçın, ermənistan
Laçın dəhlizindəki vəziyyət sülh danışıqlarını çətinləşdirir - Rusiya XİN
12:00 26.12.2022 (Yenilənib: 12:01 26.12.2022) Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə kömək etməyə hazırdır.
BAKI, 26 dekabr — Sputnik. Laçın dəhlizi ətrafında gərginliyin artması Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə fəaliyyəti çətinləşdirir. Bunu TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Şübhəsiz ki, Laçın dəhlizi ətrafında indiki eskalasiya kimi insidentlər danışıqların fonunu, o cümlədən sülh müqaviləsini çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz bütün məsələlər üzrə birgə işi bərpa etməyi səbirsizliklə gözləyirik. Ermənistan-Azərbaycan münasibətlərin tezliklə normallaşmasına nail olacaqlar", - nazir müavini bildirib.
"Biz hesab edirik ki, bu halda sənəd üzrə razılaşmanın vaxtı o qədər də vacib deyil. Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər", - diplomat əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə kömək etməyə hazırdır.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.