Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Engels hərbi aerodromu üzərində Ukraynaya məxsus PUA vuruldu - Rusiya MN

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
PUA-nın qalıqlarının düşməsi nəticəsində aerodromda olan texniki heyətin üç rusiyalı hərbçisi ölümcül xəsarət alıb.
BAKI, 26 dekabr — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz təyyarəsinin Saratov vilayətindəki Engels hərbi aerodromuna zərbə endirməsinin qarşısını alıb. PUA-nın vurulması nəticəsində 3 nəfər həlak olub, təyyarələrə zərər dəyməyib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Dekabrın 26-da Moskva vaxtı ilə saat 01:35 (Bakı vaxtı ilə 02:35 ) radələrində Ukraynaya məxsus pilotsuz uçuş aparatı Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşarkən aşağı hündürlükdə vurulub", - Rusiya Aerokosmik Qüvvələri bildirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi itkilərin olduğunu bildirib.
"PUA-nın qalıqlarının düşməsi nəticəsində aerodromda olan texniki heyətin üç rusiyalı hərbçisi ölümcül xəsarət alıb. Aviasiya texnikasına ziyan dəyməyib", - Nazirlikdən bildiriblər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0