Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanda ilin iqtisadi yekunları

© Sputnik / Murad OrujovAzərbaycan manat, arxiv şəkli
Azərbaycan manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
2022-ci ilin iqtisadiyyatın inkişafı baxımından daha nələrlə yadda qalacağı dekabrın 27-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirtə ediləcək.
Cari il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalacaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ilin iqtisadi yekunları barədə danışarkən bildirib.
Nazir qeyd edib ki, yanvar-noyabr aylarında Azərbaycanda kapital qoyuluşları 13,054 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% çoxdur. Hesabat dövründə 10,384 milyard manat məbləğində (ötən illə müqayisədə 3,4% çox) kənd təsərrüfatı məhsulları istehsal edilib. Yük daşımalarının həcmi 197,3 milyon ton (+12,9%), sərnişin daşımaları isə 1,466 milyard nəfər (+35,5%) təşkil edib. İnformasiya və rabitə sahəsində 2,434 milyard manat dəyərində xidmətlər göstərilib.
2022-ci ilin iqtisadiyyatın inkişafı baxımından daha nələrlə yadda qalacağı barədə dekabrın 27-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Odlar Yurdu" Universitetinin kafedra müdiri Elşad Məmmədov, eləcə də tanınmış beynəlxalq iqtisadçı Aslan Əzimzadə danışacaqlar.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0