https://sputnik.az/20221225/rusiya-qeti-sekilde-qerb-qiymetleri-ile-neft-satmayacaq---siluanov-450001732.html
Rusiya qəti şəkildə Qərb qiymətləri ilə neft satmayacaq - Siluanov
Rusiya qəti şəkildə Qərb qiymətləri ilə neft satmayacaq - Siluanov
Sputnik Azərbaycan
Nazir onu da əlavə edib ki, agentliklərin proqnozlarına görə, Rusiya neftə tələbat artacağı üçün yeni neft istehlakçıları axtaracaq. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T14:44+0400
2022-12-25T14:44+0400
2022-12-25T14:44+0400
rusiya
neft
qiymət
rusiya
qərb
https://cdnn1.img.sputnik.az/img/30126/22/301262271_0:0:600:338_1920x0_80_0_0_701e886a137c01dba8f4cf98130f806f.jpg
BAKI, 25 dekabr - Sputnik. Rusiya öz neftini Qərbin müəyyən etdiyi qiymətlərlə tədarük etməyəcək, hətta artan xərclərlə belə yeni bazarlar və logistika axtaracaq. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. "Rusiya nə deyir? Biz Qərb ölkələrinin təklif etdiyi qiymət limitlərini göstərən müqavilələr əsasında neft tədarük etməyəcəyik. Bu, müzakirə mövzusu deyil", - o, Rusiya neftinin qiymətinin yuxarı həddi tətbiq edilməsinə Rusiyanın reaksiyasının təfərrüatları ilə bağlı “Asharq News”a müsahibəsində deyib. Nazir onu da əlavə edib ki, agentliklərin proqnozlarına görə, Rusiya neftə tələbat artacağı üçün yeni neft istehlakçıları axtaracaq.“Biz yeni bazarlar axtaracağıq, yeni logistika axtaracağıq, ola bilsin ki, bu, daha bahalı olacaq”, - deyə o, qeyd edib. Cümə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qiymətlərin yuxarı həddi ilə əlaqədar olaraq müqavilələrdə bu şərtə əməl olunmasını tələb edən ölkələrə və hüquqi şəxslərə neft və neft məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır. Bu baxımdan hasilatı azaltmağa hazırdır ki, bu da gələn ilin əvvəlində 5-7% ola bilər. Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb. Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddinin qüvvəyə minməsini şərh edərkən bildirib ki, ölkəsi məhdudiyyətləri dəstəkləyəcək ölkələrə neft satmayacaq. O, yaxın vaxtlarda cavab tədbirləri ilə bağlı fərman verəcəyini də qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30126/22/301262271_102:0:569:350_1920x0_80_0_0_6f3041988f0bbb2d0c6599ca82ea0613.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft, qiymət, rusiya, qərb
neft, qiymət, rusiya, qərb
Rusiya qəti şəkildə Qərb qiymətləri ilə neft satmayacaq - Siluanov
Nazir onu da əlavə edib ki, agentliklərin proqnozlarına görə, Rusiya neftə tələbat artacağı üçün yeni neft istehlakçıları axtaracaq.
BAKI, 25 dekabr - Sputnik. Rusiya öz neftini Qərbin müəyyən etdiyi qiymətlərlə tədarük etməyəcək, hətta artan xərclərlə belə yeni bazarlar və logistika axtaracaq. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
"Rusiya nə deyir? Biz Qərb ölkələrinin təklif etdiyi qiymət limitlərini göstərən müqavilələr əsasında neft tədarük etməyəcəyik. Bu, müzakirə mövzusu deyil", - o, Rusiya neftinin qiymətinin yuxarı həddi tətbiq edilməsinə Rusiyanın reaksiyasının təfərrüatları ilə bağlı “Asharq News”a müsahibəsində deyib.
Nazir onu da əlavə edib ki, agentliklərin proqnozlarına görə, Rusiya neftə tələbat artacağı üçün yeni neft istehlakçıları axtaracaq.
“Biz yeni bazarlar axtaracağıq, yeni logistika axtaracağıq, ola bilsin ki, bu, daha bahalı olacaq”, - deyə o, qeyd edib.
"Amma prinsipial mövqeyimiz budur ki, biz əsas enerji resursumuzu Qərb ölkələrinin müəyyən edəcəyi qiymətlərlə satmayacağıq - biz buna imkan verməyəcəyik. Bu gün bu Rusiya istehsalçılarına qiymət məhdudiyyəti tətbiq edilir. Sabah Qərb ölkələri digər istehsalçılar üçün qiymətlər tətbiq edəcək. Biz bununla razılaşa bilmərik”, - Siluanov vurğulayıb.
Cümə günü Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qiymətlərin yuxarı həddi ilə əlaqədar olaraq müqavilələrdə bu şərtə əməl olunmasını tələb edən ölkələrə və hüquqi şəxslərə neft və neft məhsullarının tədarükünü qadağan etməyi planlaşdırır. Bu baxımdan hasilatı azaltmağa hazırdır ki, bu da gələn ilin əvvəlində 5-7% ola bilər.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb.
Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddinin qüvvəyə minməsini şərh edərkən bildirib ki, ölkəsi məhdudiyyətləri dəstəkləyəcək ölkələrə neft satmayacaq. O, yaxın vaxtlarda cavab tədbirləri ilə bağlı fərman verəcəyini də qeyd edib.