Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qərb kimi kinli davrana bilməzdi - Putin

© Sputnik / Mikhail Metzel / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
RF lideri bildirib ki, kiminsə özünü əsl vətənpərvər kimi aparmaması nöqteyi-nəzərindən təəccüblü heç nə yoxdur, çünki hər hansı bir cəmiyyətdə həmişə, ilk növbədə, şəxsi maraqlarını düşünən insanlar var.
BAKI, 25 dekabr - Sputnik. Rusiya Qərb kimi kinli davrana bilməzdi, Ukraynadakı vəziyyətdə ölkənin fərqli fəlsəfəsi var. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bacarmadılar! Bizim fəlsəfəmiz, həyata, insanlara fərqli münasibətimiz var. İndi Şərq xristianlığının, Qərb xristianlığının, islamın əxlaqi dəyərlərinə dərindən hopmuş insanlara baxın, həmişə deyirdilər ki, bizdə fərqli yanaşmalar var, daha çox maddiyyat və uğurlar. Bizdə isə mənəviyyat var.!” - o, Moskvada Pavel Zarubinə verdiyi müsahibədə bildirib.
Putin rusların davranışından təəccüblənmədiyini də bildirib.
“Kiminsə özünü əsl vətənpərvər kimi aparmaması nöqteyi-nəzərindən təəccüblü heç nə yoxdur, çünki hər hansı bir cəmiyyətdə həmişə, ilk növbədə, şəxsi maraqlarını düşünən insanlar var... Düzünü desəm, mən onları qınamıram - hər bir insanın seçim hüququ var”, - deyə o, bunun çox kiçik bir hissə olduğunu əlavə edib.
"Amma əsas hissəyə - vətəndaşlarımızın 99,9%-nə, hər şeyi Vətənin mənafeyinə fəda etməyə hazır olan xalqımıza gəlincə, burada mənim üçün qeyri-adi heç nə yoxdur. Bu, məni bir daha inandırır ki, Rusiya xüsusi ölkədir və burada xüsusi insanlar yaşayır.Bu, Rusiyanın mövcud olduğu bütün tarix boyu təsdiqlənir.Bu gün də həmçinin”, - Putin bildirib.
Xəbər lenti
0