https://sputnik.az/20221225/rusiya-ile-munasibetlerimiz-das-kimi-mohkemdir---cin-xn--449995385.html
Rusiya ilə münasibətlərimiz daş kimi möhkəmdir - Çin XİN
Rusiya ilə münasibətlərimiz daş kimi möhkəmdir - Çin XİN
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir üçüncü tərəfə qarşı yönəlməyib. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T10:36+0400
2022-12-25T10:36+0400
2022-12-25T10:38+0400
rusiya
çin
rusiya
əlaqələr
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_0:0:3073:1728_1920x0_80_0_0_ec6570cd1afade1291a5a958e5f774a8.jpg
BAKI, 25 dekabr - Sputnik. Rusiya və Çin arasında siyasi və strateji qarşılıqlı etimad son bir ildə güclənib, iki ölkə arasında münasibətlər daş kimi möhkəmdir. Bunu Çinin xarici işlər naziri Van İ bildirib. Çin diplomatiyasına həsr olunmuş simpoziumda çıxış edən XİN rəhbəri il boyu Çin və Rusiyanın fundamental maraqların müdafiəsində bir-birini möhkəm dəstəklədiyini, siyasi və strateji qarşılıqlı etimadın daha da gücləndiyini vurğulayıb. Van İ əlavə edib ki, 2022-ci ildə Rusiya və Çin dostluq və mehriban qonşuluq münasibətlərini dərinləşdirib, hərtərəfli strateji əməkdaşlıq “daha möhkəm” olub. Diplomat onu da qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir üçüncü tərəfə qarşı yönəlməyib:Çin Xarici İşlər Nazirliyinin rəhbəri çıxışında həmçinin qeyd edib ki, Rusiya və Çin ikitərəfli ticarəti 200 milyard dollara çatdırmaq məqsədinə sürətlə yaxınlaşır:“Birgə iri investisiya layihələri davamlı şəkildə həyata keçirilir, milli valyutalarda hesablaşmaların miqyası genişlənir”. Van İ bildirib ki, cari il iki ölkənin transsərhəd bölgədə qarşılıqlı əlaqəsi güclənib. Bundan əvvəl Çinin Rusiyadakı səfiri RİA Novosti-yə müsahibəsində 2022-ci ildə Rusiya ilə Çin arasında qarşılıqlı dəstəyin artdığını, Pekinin Ukrayna məsələsində qərəzsiz mövqe tutduğunu və birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxdığını qeyd edib. Çin prezidenti Si Cinpin keçən həftə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşü zamanı Rusiya-Çin münasibətlərinin sabitlik nümayiş etdirdiyini söyləyib.O, əmin edib ki, Pekin Çin-Rusiya münasibətlərini daimi olaraq yeni dövrə yüksəltmək və qlobal idarəetmənin daha ədalətli və rasional istiqamətdə inkişafına kömək etmək üçün Moskva ilə əməkdaşlığa hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_158:0:2889:2048_1920x0_80_0_0_ccb4ed6e6b5da6c7ed288433027af4ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, rusiya, əlaqələr
Rusiya ilə münasibətlərimiz daş kimi möhkəmdir - Çin XİN
10:36 25.12.2022 (Yenilənib: 10:38 25.12.2022) Diplomat qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir üçüncü tərəfə qarşı yönəlməyib.
BAKI, 25 dekabr - Sputnik. Rusiya və Çin arasında siyasi və strateji qarşılıqlı etimad son bir ildə güclənib, iki ölkə arasında münasibətlər daş kimi möhkəmdir. Bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Çin diplomatiyasına həsr olunmuş simpoziumda çıxış edən XİN rəhbəri il boyu Çin və Rusiyanın fundamental maraqların müdafiəsində bir-birini möhkəm dəstəklədiyini, siyasi və strateji qarşılıqlı etimadın daha da gücləndiyini vurğulayıb.
Van İ əlavə edib ki, 2022-ci ildə Rusiya və Çin dostluq və mehriban qonşuluq münasibətlərini dərinləşdirib, hərtərəfli strateji əməkdaşlıq “daha möhkəm” olub.
Diplomat onu da qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir üçüncü tərəfə qarşı yönəlməyib:
“Bu münasibətlər bloklara qoşulmamaq və qarşıdurma yaratmamaq prinsiplərinə əsaslanır. Bu cür münasibətlər iki ölkə arasında müdaxilə və ya nifaq salmaq cəhdlərindən uzaqdır və beynəlxalq mühitdə baş verən dəyişikliklərə qarşı dözümlüdür”.
Çin Xarici İşlər Nazirliyinin rəhbəri çıxışında həmçinin qeyd edib ki, Rusiya və Çin ikitərəfli ticarəti 200 milyard dollara çatdırmaq məqsədinə sürətlə yaxınlaşır:
“Birgə iri investisiya layihələri davamlı şəkildə həyata keçirilir, milli valyutalarda hesablaşmaların miqyası genişlənir”.
Van İ bildirib ki, cari il iki ölkənin transsərhəd bölgədə qarşılıqlı əlaqəsi güclənib.
Bundan əvvəl Çinin Rusiyadakı səfiri RİA Novosti-yə müsahibəsində 2022-ci ildə Rusiya ilə Çin arasında qarşılıqlı dəstəyin artdığını, Pekinin Ukrayna məsələsində qərəzsiz mövqe tutduğunu və birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxdığını qeyd edib.
Çin prezidenti Si Cinpin keçən həftə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşü zamanı Rusiya-Çin münasibətlərinin sabitlik nümayiş etdirdiyini söyləyib.
O, əmin edib ki, Pekin Çin-Rusiya münasibətlərini daimi olaraq yeni dövrə yüksəltmək və qlobal idarəetmənin daha ədalətli və rasional istiqamətdə inkişafına kömək etmək üçün Moskva ilə əməkdaşlığa hazırdır.