https://sputnik.az/20221225/merkuri-korveti-sinaq-zamani-serti-dusmenin-gemisini-mehv-edib--450017191.html
"Merkuri" korveti sınaq zamanı şərti düşmənin gəmisini məhv edib
"Merkuri" korveti sınaq zamanı şərti düşmənin gəmisini məhv edib
Sputnik Azərbaycan
Rusiyanın adıçəkilən idarə olunan raket korveti 20380 layihəsi çərçivəsində inşa edilmiş beşinci gəmidir. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T23:17+0400
2022-12-25T23:17+0400
2022-12-25T23:17+0400
rusiya
hərbi gəmi
sınaq
məhv
raket
hədəf
https://cdnn1.img.sputnik.az/img/42133/72/421337294_0:160:3073:1888_1920x0_80_0_0_11f114dbaf948ccc96d29ec79a42fdf0.jpg
BAKI, 25 dekabr - Sputnik. Dövlət sınaqları zamanı Rusiyada istehsal edilmiş "Merkuri" korveti şərti düşmənin gəmisini artilleriya ilə məhv edib. Bu barədə RİA Novosti bazar günü Baltik Donanmasının mətbuat xidmətinə istinadən məlumat yayıb.Bildirilir ki, 20380 layihəsinə aid ən yeni "Merkuri" korveti Baltik dənizində dövlət sınaqları zamanı artilleriya qurğularından düşmən gəmisini təqlid edən hədəfi vurub.“Merkuri korvetinin Baltik dənizində yerləşən poliqonda dövlət sınaqlarının yekun mərhələsinin planına uyğun olaraq, gəminin heyəti AK-190 və AK-630 artilleriya qurğularından saxta düşmən gəmisini təqlid edərək dəniz qalxanını uğurla atəşə tutub", - deyə məlumatda bildirilir.O da qeyd olunur ki, atəş çətin maneələr şəraitində “düşmən” tərəfindən elektron əks-tədbirlərdən istifadə edilməklə aparılıb, lakin təyin olunmuş hədəf güclü artilleriya atəşi ilə vurulub.Təlimlərin keçirildiyi Baltik Donanmasının dəniz poliqonu mülki naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib."Merkuri" Rusiyanın idarə olunan raket korvetidir, "Severnaya" Gəmiqayırma Zavodunda 20380 layihəsi çərçivəsində inşa edilən beşinci gəmidir.O, yaxın və uzaq dəniz zonasında patrul xidməti aparmaq, həmçinin düşmənin suüstü gəmiləri, sualtı qayıqları və təyyarələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Adıçəkilən gəmi desant çıxarılması əməliyyatlarına da dəstək verə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42133/72/421337294_170:0:2901:2048_1920x0_80_0_0_31d67fa8d122e0c0cbc1c9cb7bbfb1b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi gəmi, sınaq, məhv, raket, hədəf
hərbi gəmi, sınaq, məhv, raket, hədəf
"Merkuri" korveti sınaq zamanı şərti düşmənin gəmisini məhv edib
Rusiyanın adıçəkilən idarə olunan raket korveti 20380 layihəsi çərçivəsində inşa edilmiş beşinci gəmidir.
BAKI, 25 dekabr - Sputnik. Dövlət sınaqları zamanı Rusiyada istehsal edilmiş "Merkuri" korveti şərti düşmənin gəmisini artilleriya ilə məhv edib. Bu barədə RİA Novosti bazar günü Baltik Donanmasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, 20380 layihəsinə aid ən yeni "Merkuri" korveti Baltik dənizində dövlət sınaqları zamanı artilleriya qurğularından düşmən gəmisini təqlid edən hədəfi vurub.
“Merkuri korvetinin Baltik dənizində yerləşən poliqonda dövlət sınaqlarının yekun mərhələsinin planına uyğun olaraq, gəminin heyəti AK-190 və AK-630 artilleriya qurğularından saxta düşmən gəmisini təqlid edərək dəniz qalxanını uğurla atəşə tutub", - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, atəş çətin maneələr şəraitində “düşmən” tərəfindən elektron əks-tədbirlərdən istifadə edilməklə aparılıb, lakin təyin olunmuş hədəf güclü artilleriya atəşi ilə vurulub.
Təlimlərin keçirildiyi Baltik Donanmasının dəniz poliqonu mülki naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.
"Merkuri" Rusiyanın idarə olunan raket korvetidir, "Severnaya" Gəmiqayırma Zavodunda 20380 layihəsi çərçivəsində inşa edilən beşinci gəmidir.
O, yaxın və uzaq dəniz zonasında patrul xidməti aparmaq, həmçinin düşmənin suüstü gəmiləri, sualtı qayıqları və təyyarələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Adıçəkilən gəmi desant çıxarılması əməliyyatlarına da dəstək verə bilər.