https://sputnik.az/20221225/erdogan-putinin-teklif-etdiyi-qaz-qovsagi-layihesini-hokumetle-muzakire-edecek--menbe-450017415.html
Ərdoğan Putinin təklif etdiyi “qaz qovşağı” layihəsini hökumətlə müzakirə edəcək – mənbə
Ərdoğan Putinin təklif etdiyi “qaz qovşağı” layihəsini hökumətlə müzakirə edəcək – mənbə
Sputnik Azərbaycan
Putin və Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T21:28+0400
2022-12-25T21:28+0400
2022-12-25T21:28+0400
rusiya
ərdoğan
aleksandr novak
türkiyə
qaz
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810002_0:137:3152:1910_1920x0_80_0_0_dd76e0f08f50e4e7d647530e6f75cfb6.jpg
BAKI, 25 dekabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə Rusiya lideri Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edəcək. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar.Xüsusilə də bu qovşaq vasitəsilə Rusiya qazını zədələnmiş “Şimal axını”ndan nəql etmək mümkündür."Nazirlər Kabineti sabah 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə son iclasını keçirəcək. İclasın əsas mövzusu qazdır. Bura Qara dənizdə kəşf edilmiş qazın milli sisteminə qoşulması və Rusiya prezidentinin təklif etdiyi “qaz qovşağı” layihəsi daxildir”, - deyə mənbə bildirib.Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında enerji və təbii sərvətlər naziri Fatih Dönmezin geniş məruzə ilə çıxış edəcəyi gözlənilir.“Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa ənənəvi müraciətində qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat verəcək”, - deyə mənbə vurğulayıb.Bundan daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyədə qaz qovşağının formalaşdırılması istiqamətində aktiv iş aparılır, 2023-cü ildə qərar verilə bilər:"Belə bir mərkəzdə qiymət, Hollandiya TTF-dən fərqli olaraq, bazara əsaslanacaqdır".Baş nazirin müavininin sözlərinə görə, qaz qovşağında digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətində Avropaya qaz verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810002_212:0:2941:2047_1920x0_80_0_0_076bed2ee52b239987cf9cb328c474dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, aleksandr novak, türkiyə, qaz
ərdoğan, aleksandr novak, türkiyə, qaz
Ərdoğan Putinin təklif etdiyi “qaz qovşağı” layihəsini hökumətlə müzakirə edəcək – mənbə
Putin və Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar.
BAKI, 25 dekabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə Rusiya lideri Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edəcək. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləməyi tapşırıblar.
Xüsusilə də bu qovşaq vasitəsilə Rusiya qazını zədələnmiş “Şimal axını”ndan nəql etmək mümkündür.
"Nazirlər Kabineti sabah 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə son iclasını keçirəcək. İclasın əsas mövzusu qazdır. Bura Qara dənizdə kəşf edilmiş qazın milli sisteminə qoşulması və Rusiya prezidentinin təklif etdiyi “qaz qovşağı” layihəsi daxildir”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında enerji və təbii sərvətlər naziri Fatih Dönmezin geniş məruzə ilə çıxış edəcəyi gözlənilir.
“Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa ənənəvi müraciətində qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat verəcək”, - deyə mənbə vurğulayıb.
Bundan daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyədə qaz qovşağının formalaşdırılması istiqamətində aktiv iş aparılır, 2023-cü ildə qərar verilə bilər:
"Belə bir mərkəzdə qiymət, Hollandiya TTF-dən fərqli olaraq, bazara əsaslanacaqdır".
Baş nazirin müavininin sözlərinə görə, qaz qovşağında digər ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətində Avropaya qaz verir.