Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Bizim məqsədimiz rus xalqını birləşdirməkdir - Putin

© Sputnik / POOL / Mediabanka keçidRF prezidenti Vladimir Putin, arxiv şəkli
RF prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Rusiya Prezidenti ölkəsinin prosesin bütün iştirakçıları ilə bəzi məqbul nəticələrlə bağlı danışıqlar aparmağa hazır olduğunu bildirib.
BAKI, 25 dekabr - Sputnik. "Rusiya isə vətəndaşların maraqlarından çıxış edir". Belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişində Pavel Zarubinə müsahibəsində deyib.
Ukraynadakı vəziyyətlə bağlı təhlükəli xəttə yaxınlaşırıqmı sualına cavab verən Prezident bunu o qədər də təhlükəli hesab etmədiyini dilə gətirib.

"Yaxşı, onun o qədər də təhlükəli olduğunu düşünmürəm. İnanıram ki, biz düzgün istiqamətdə gedirik, milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Və bizim vətəndaşlarımızı qorumaqdan başqa çarəmiz yoxdur. Amma biz bu prosesin bütün iştirakçıları ilə bəzi məqbul nəticələrlə bağlı danışıqlar aparmağa hazırıq, lakin bu, onların işidir – danışıqlardan imtina edən biz deyilik, onlardır”, - deyə V.Putin bildirib.

Dövlət başçısı onu da qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb.
“Amma təəssüf ki, əksinə, qarşı tərəf başqa cür quruldu, mən dəfələrlə demişəm, bunu hamımız bilirik, onlar orada sərt hərbi əməliyyatlar aparmağabaşladılar. Bu və ya digər şəkildə biz bu ərazilərdə yaşayan insanların müdafiəsinə qalxmağa məcbur olduq, krımlıların seçiminə dəstək verməli olduq, hər şey bununla başladı, hər şey bununla başladı!”, - RF deyə dövlət başçısı bildirib.
Putinin fikrincə, hər şey geosiyasi rəqiblərin Rusiyanı parçalamağa yönəlmiş siyasətinə əsaslanır:
“Parçala və hökm sür” – onlar həmişə bunu etməyə çalışıblar, indi də etməyə çalışırlar, amma bizim məqsədimiz başqa şeydir – rus xalqını birləşdirmək”.
Xəbər lenti
0