Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zəfərimizin memarı – Prezident İlham Əliyevin ad günüdür

İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 61 yaşı tamam olur. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edir. Bu müddət ərzində o, 4 dəfə xalq tərəfindən prezident seçilib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli liderin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirib.
Hələ 2016-cı ildə "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində İlham Əliyev bildirirdi:
"Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz "
Sonda Müzəffər Ali Baş Komandan hədəfə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Sputnik Azərbaycan İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı və müvəffəqiyyətlər arzulayır.
Xəbər lenti
0