https://sputnik.az/20221223/rf-ve-abs-esirlerinin-mubadilesi-ile-bagli-dialoq-effektiv-oldu---sefir-antonov-449964080.html
RF və ABŞ əsirlərinin mübadiləsi ilə bağlı dialoq effektiv oldu - Səfir Antonov
RF və ABŞ əsirlərinin mübadiləsi ilə bağlı dialoq effektiv oldu - Səfir Antonov
Sputnik Azərbaycan
O, həmçinin təsdiqləyib ki, Moskva ABŞ-da həbsdə olan bütün rusiyalıların vətənə qayıtmasını təmin etmək niyyətindədir. 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T21:10+0400
2022-12-23T21:10+0400
2022-12-23T21:54+0400
abş
rusiya
anatoli antonov
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438368923_0:0:3172:1785_1920x0_80_0_0_2824731d1bafdedda031a4223386eb76.jpg
BAKI, 23 dekabr — Sputnik. Rusiya ilə ABŞ arasında əsirlərin mübadiləsi ilə bağlı dialoq öz effektivliyini sübut etdi və bu çərçivədə işlər davam edir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov TASS-a müsahibəsində deyib. "Rusiya ilə ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı həll yollarını tapmaq üçün xüsusi xidmət orqanları vasitəsilə kommunikasiya kanalı var. Bu dialoq bu il öz effektivliyini təsdiqlədi, müsbət nəticə verdi - Konstantin Yaroşenko və Viktor But öz vətənlərinə geri qaytarıldı", - diplomat bildirib. "Gəlin sizinlə birlikdə həmkarlarımıza sakit atmosferdə, onları mediadan sıxışdırmadan işləmək imkanı verək. Axı bizim üçün əsas müsbət nəticədir", - Antonov vurğulayıb. O, həmçinin təsdiqləyib ki, Moskva ABŞ-da həbsdə olan bütün rusiyalıların vətənə qayıtmasını təmin etmək niyyətindədir. Bizim qarşımızda duran vəzifə çətindir - ən azı bir rusiyalının ABŞ həbsxanasında qalacağı vəziyyətin qarşısını almaqdır və bu gün onların sayı 100-ə yaxındır. Üstəlik, onların siyahısı daim genişlənir. Biz müntəzəm olaraq bu barədə məlumat alırıq. Burada onları ağır məhkəmələr, dözülməz həbsxana şəraiti, sağlamlığa zərər verən uzun sorğu-sual prosedurları, sonra isə uzun illər gözləyir", - səfir bildirib. Onun sözlərinə görə, amerikalılar bunu başa düşürlər, rusları bunun üçün daha qısa müddətlər vəd edərək sövdələşməyə, yəni günahı etiraf etməyə inandırmağa çalışırlar. "Mən Xarici İşlər Nazirliyimizin vətəndaşlarımız xaricə gedəndə bu barədə düşünmələrinin vacibliyi ilə bağlı çağırışını dəstəkləyirəm. Xarici strukturlardan onlara maraq olarsa, belə səfərlərdən çəkinmək daha yaxşıdır", - Anatoli Antonov əlavə etdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438368923_372:0:3103:2048_1920x0_80_0_0_845dbbb9e352bd5e719d4768b1c8e7d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, anatoli antonov, səfir
abş, anatoli antonov, səfir
RF və ABŞ əsirlərinin mübadiləsi ilə bağlı dialoq effektiv oldu - Səfir Antonov
21:10 23.12.2022 (Yenilənib: 21:54 23.12.2022) O, həmçinin təsdiqləyib ki, Moskva ABŞ-da həbsdə olan bütün rusiyalıların vətənə qayıtmasını təmin etmək niyyətindədir.
BAKI, 23 dekabr — Sputnik. Rusiya ilə ABŞ arasında əsirlərin mübadiləsi ilə bağlı dialoq öz effektivliyini sübut etdi və bu çərçivədə işlər davam edir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov TASS-a müsahibəsində deyib.
"Rusiya ilə ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı həll yollarını tapmaq üçün xüsusi xidmət orqanları vasitəsilə kommunikasiya kanalı var. Bu dialoq bu il öz effektivliyini təsdiqlədi, müsbət nəticə verdi - Konstantin Yaroşenko və Viktor But öz vətənlərinə geri qaytarıldı", - diplomat bildirib.
"Gəlin sizinlə birlikdə həmkarlarımıza sakit atmosferdə, onları mediadan sıxışdırmadan işləmək imkanı verək. Axı bizim üçün əsas müsbət nəticədir", - Antonov vurğulayıb.
O, həmçinin təsdiqləyib ki, Moskva ABŞ-da həbsdə olan bütün rusiyalıların vətənə qayıtmasını təmin etmək niyyətindədir.
Bizim qarşımızda duran vəzifə çətindir - ən azı bir rusiyalının ABŞ həbsxanasında qalacağı vəziyyətin qarşısını almaqdır və bu gün onların sayı 100-ə yaxındır. Üstəlik, onların siyahısı daim genişlənir. Biz müntəzəm olaraq bu barədə məlumat alırıq. Burada onları ağır məhkəmələr, dözülməz həbsxana şəraiti, sağlamlığa zərər verən uzun sorğu-sual prosedurları, sonra isə uzun illər gözləyir", - səfir bildirib.
Onun sözlərinə görə, amerikalılar bunu başa düşürlər, rusları bunun üçün daha qısa müddətlər vəd edərək sövdələşməyə, yəni günahı etiraf etməyə inandırmağa çalışırlar.
"Mən Xarici İşlər Nazirliyimizin vətəndaşlarımız xaricə gedəndə bu barədə düşünmələrinin vacibliyi ilə bağlı çağırışını dəstəkləyirəm. Xarici strukturlardan onlara maraq olarsa, belə səfərlərdən çəkinmək daha yaxşıdır", - Anatoli Antonov əlavə etdi.