https://sputnik.az/20221223/peskov-putin-ve-baydenin-gorusu-ile-bagli-ilkin-temaslar-yoxdur-449952910.html
Peskov: "Putin və Baydenin görüşü ilə bağlı ilkin təmaslar yoxdur"
Peskov: "Putin və Baydenin görüşü ilə bağlı ilkin təmaslar yoxdur"
Sputnik Azərbaycan
Söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir. 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T15:34+0400
2022-12-23T15:34+0400
2022-12-23T15:51+0400
peskov
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
rusiya prezidenti vladimir putin
vladimir putin
co bayden
abş prezidenti cozef bayden
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444166_0:160:3072:1888_1920x0_80_0_0_8efeef9d7a01126a2e0a0fd446191a9c.jpg
BAKI, 23 dekabr — Sputnik. Rusiya və ABŞ prezidentləri arasında görüş ehtimalı ilə bağlı heç bir əlaqə qurulmayıb. Bu barədə cümə günü jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Bu məsələ ilə bağlı ilkin təmaslar yoxdur", - Peskov vurğulayıb. "Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında başa çatır və bu, dəfələrlə deyilib. Təbii ki, söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir", - Peskov qeyd edib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444166_171:0:2902:2048_1920x0_80_0_0_8e6204791a9168cf26ecc8fd1a68fa0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, rusiya prezidenti vladimir putin, vladimir putin, co bayden, abş prezidenti cozef bayden, görüş
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, rusiya prezidenti vladimir putin, vladimir putin, co bayden, abş prezidenti cozef bayden, görüş
Peskov: "Putin və Baydenin görüşü ilə bağlı ilkin təmaslar yoxdur"
15:34 23.12.2022 (Yenilənib: 15:51 23.12.2022) Söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir.
BAKI, 23 dekabr — Sputnik. Rusiya və ABŞ prezidentləri arasında görüş ehtimalı ilə bağlı heç bir əlaqə qurulmayıb. Bu barədə cümə günü jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bu məsələ ilə bağlı ilkin təmaslar yoxdur", - Peskov vurğulayıb.
"Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında başa çatır və bu, dəfələrlə deyilib. Təbii ki, söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaqla xüsusi hərbi əməliyyatın tez bir zamanda başa çatdırılmasından gedir", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.