Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız adlandırıb

© AFP 2024 / YURI KOCHETKOVRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.
BAKI, 23 dekabr - Sputnik. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın “Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir” ittihamına münasibət bildirərkən deyib.
“Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır”, - Lavrov vurğulayıb.
Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.12.2022
RUSİYA
Lavrov: Rusiya ədalətli sülhün əldə olunmasında maraqlıdır
Xəbər lenti
0