Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Cənubi Qafqaz üzrə "3+3" formatında yeni təmaslar razılaşdırılır"

© Sputnik / Светлана Шевченко / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Lavrovun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli görüşü gündəmdən çıxarılmayıb və Rusiya Federasiyası bunu qəbul etməyə hazırdır.
BAKI, 23 dekabr — Sputnik. Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı "3+3" formatında platformanın iştirakçıları nazirlər səviyyəsində yeni əlaqələri nəzərdən keçirirlər. Bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"İki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın üç ölkəsi və onların qonşuları - Rusiya, Türkiyə, İranın iştirakı ilə bir prosesin formalaşdırılması təşəbbüsü ilə çıxış etdi. Bu gün biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə bir əlaqənin məqsədəuyğunluğu anlayışı var, belə bir görüşün keçiriləcəyi tarixləri və konkret yerləri razılaşdırırıq", - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli görüşü gündəmdən çıxarılmayıb və Rusiya Federasiyası bunu qəbul etməyə hazırdır.
"Biz erməni həmkarımızın iştirakı ilə üçtərəfli görüşü gündəmdən çıxarmırıq. Dostlarımızı Moskvada qəbul etməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - o deyib.
Xəbər lenti
0