Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır - Lavrov

© SputnikRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Nazir: "Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır".
BAKI, 23 dekabr — Sputnik. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın "Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir" ittihamına münasibət bildirərkən deyib.
"Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır", - Lavrov vurğulayıb.
Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.
Xəbər lenti
0