Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı və İrəvan dialoq üçün həll yolları axtarmalıdır, bu iş sürətləndirilməlidir - Lavrov

© Sputnik / Светлана ШевченкоAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
O, Ermənistan tərəfinin Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib.
BAKI, 23 dekabr — Sputnik. Ermənistan və Azərbaycan dialoq üçün imkanlar və sülh sazişinin əldə edilməsi yollarını axtarmalıdırlar, Rusiya bu işi sürətləndirməyə ümid edir. Bunu cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Dörd üçtərəfli bəyanat təsdiq olundu. Onların üzərində iş gedir, amma təbii ki, mən bunun sürətləndirilməsini istərdim. Hansı məsələlər ortaya çıxırsa çıxsın, mən əminəm ki, müntəzəm görüşmək, razılaşmaq, etimadı möhkəmləndirmək və bütün problemlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır", - Lavrov qeyd edib.
O, Ermənistan tərəfinin Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib. "Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü öz ərazimizdə keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, lakin təəssüf ki, son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina edib, bunu mövcud vəziyyətlə əlaqələndiriblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi", -deyə Rusiya XİN rəhbəri bildirib.
Глава МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.12.2022
SİYASƏT
Ceyhun Bayramov: Münasibətlərimizin 30 illik yubiley ilinə yekun vura biləcəyik
Xəbər lenti
0