https://sputnik.az/20221223/a-nin-qazin-qiymetinin-yuxari-heddi-ile-bagli-qerari-axmaqliqdir---medvedev-449952386.html
Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı axmaqlıqdır - Medvedev
Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı axmaqlıqdır - Medvedev
Sputnik Azərbaycan
Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsinin ikinci səbəbini "Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib. 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T22:05+0400
2022-12-23T22:05+0400
2022-12-23T22:05+0400
dmitri medvedev
rusiya
neft
neft qiymətləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_0:0:2199:1237_1920x0_80_0_0_e79bf53ffd3c2b99b1458d1085a1847d.jpg
BAKI, 23 dekabr — Sputnik. Avropa İttifaqı tərəfindən qazın qiymətinə yuxarı hədd tətbiq edilməsi "Rusiyaya zooloji nifrət"lə diktə edilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında məlumat verib. Medvedev deyib ki, Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı iki səbəbdən "axmaqdır". "Birincisi, neft məsələsində olduğu kimi, bunu iqtisadi məntiq deyil, hər şeydə rusiyalılar günahkardır maniakal tezisinə əsaslanan Rusiyaya zooloji nifrət diktə edir. Yəni bu, qeyri-bazar tədbiridir", - o yazıb və vurğulayıb ki, bu qərar çoxlu qeyd-şərtlərlə qəbul edilib, onun tətbiqini əngəlləməyə imkan verib. O, bununla bağlı bu mexanizmin işləməyəcəyinə əminliyini ifadə edib. Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsini Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib. O hesab edir ki, bu səbəbdən qazın qiyməti həddi bir neçə il əvvəl qaz bazarının tamamilə bütün iştirakçıları üçün təəccüblü görünə biləcəyi səviyyədə müəyyən edilib. Onun sözlərinə görə, TTF fyuçers birjasında ticarət iştirakçılarından heç biri "ən xoş və ya ən pis yuxusunda belə, kVt/saat üçün €180 qiyməti təsəvvür edə bilməz". O, həmçinin Avropada qaz istehlakçıları üçün qiymətlərin çox yüksək həddə qalacağına əminliyini ifadə edib. "Nəticə: axmaq rusofobiya və onunla birlikdə adi avropalıların yoxsullaşması artır. Milad bayramınız mübarək", - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb. Dekabrın 22-də Avropa İttifaqı qaz qiymətləri üçün dinamik həddini meqavat-saat üçün 180 avro (1 min kubmetr üçün təxminən 1,85 min avro) səviyyəsində təsdiqləyib. Tədbir 2023-cü il fevralın 15-dən qüvvəyə minəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_35:0:2026:1493_1920x0_80_0_0_a91ae702c7fa3bdd2562454de3ee0d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri medvedev, neft, neft qiymətləri, abş
dmitri medvedev, neft, neft qiymətləri, abş
Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı axmaqlıqdır - Medvedev
Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsinin ikinci səbəbini "Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib.
BAKI, 23 dekabr — Sputnik. Avropa İttifaqı tərəfindən qazın qiymətinə yuxarı hədd tətbiq edilməsi "Rusiyaya zooloji nifrət"lə diktə edilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında məlumat verib.
Medvedev deyib ki, Aİ-nin qazın qiymətinin yuxarı həddi ilə bağlı qərarı iki səbəbdən "axmaqdır".
"Birincisi, neft məsələsində olduğu kimi, bunu iqtisadi məntiq deyil, hər şeydə rusiyalılar günahkardır maniakal tezisinə əsaslanan Rusiyaya zooloji nifrət diktə edir. Yəni bu, qeyri-bazar tədbiridir", - o yazıb və vurğulayıb ki, bu qərar çoxlu qeyd-şərtlərlə qəbul edilib, onun tətbiqini əngəlləməyə imkan verib. O, bununla bağlı bu mexanizmin işləməyəcəyinə əminliyini ifadə edib.
Medvedev qiymətlərin yuxarı həddi ilə bağlı qərarın qəbul edilməsini Aİ-nin vəziyyətə təsir etməkdə acizliyi ilə əlaqələndirib.
O hesab edir ki, bu səbəbdən qazın qiyməti həddi bir neçə il əvvəl qaz bazarının tamamilə bütün iştirakçıları üçün təəccüblü görünə biləcəyi səviyyədə müəyyən edilib. Onun sözlərinə görə, TTF fyuçers birjasında ticarət iştirakçılarından heç biri "ən xoş və ya ən pis yuxusunda belə, kVt/saat üçün €180 qiyməti təsəvvür edə bilməz".
O, həmçinin Avropada qaz istehlakçıları üçün qiymətlərin çox yüksək həddə qalacağına əminliyini ifadə edib.
"Nəticə: axmaq rusofobiya və onunla birlikdə adi avropalıların yoxsullaşması artır. Milad bayramınız mübarək", - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.
Dekabrın 22-də Avropa İttifaqı qaz qiymətləri üçün dinamik həddini meqavat-saat üçün 180 avro (1 min kubmetr üçün təxminən 1,85 min avro) səviyyəsində təsdiqləyib. Tədbir 2023-cü il fevralın 15-dən qüvvəyə minəcək.