https://sputnik.az/20221222/rusiyalilarin-xarice-axini-ve-miqrantlarla-munaqise-riskleri-artib---dn--449927433.html
Rusiyalıların xaricə axını və miqrantlarla münaqişə riskləri artıb - DİN
Rusiyalıların xaricə axını və miqrantlarla münaqişə riskləri artıb - DİN
Sputnik Azərbaycan
Bəzi hallarda kompakt şəkildə yaşayan miqrantların yaşayış məntəqələrinin ərazisində “qeyri-dövlət hakimiyyəti və qeyri-rəsmi yurisdiksiya” yaratdıqları... 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T19:31+0400
2022-12-22T19:31+0400
2022-12-22T19:51+0400
rusiya
miqrant
inteqrasiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447132351_0:0:2965:1668_1920x0_80_0_0_92283160b87723da00e2019fbfad10af.jpg
BAKI, 22 dekabr - Sputnik. Bu il rusiyalıların ölkədən xaricə axını güclənib: bunun fonunda Rusiya Federasiyasının bəzi bölgələrində miqrantlarla sosial münaqişələrin kəskinləşməsi riskləri artır. Bu barədə Rusiya Federasiyasının 2019-2025-ci illər üçün Dövlət Miqrasiya Siyasəti Konsepsiyası layihəsində deyilir. Müvafiq layihə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb, sənəd normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.Həmçinin sənəddə bildirilir ki, kriminogen vəziyyətini pisləşdirən və kölgə iqtisadiyyatı formalaşdıran etnik anklavlar yaranır. “2022-ci ildə dəyişən sosial-iqtisadi şəraitin təsiri altında Rusiya əhalisinin xaricə miqrasiya axını artıb. Bunun fonunda ölkə əhalisinin təbii və miqrasiya itkisinin xarici vətəndaşlarla getdikcə artan əvəzlənməsi prosesi Rusiya Federasiyasının ayrı-ayrı regionlarında sosial münaqişələrin kəskinləşməsi riskləri yaradır. Etnik (çoxmillətli) anklavların yaranmasına səbəb xarici ölkələrdən gələnlərin, o cümlədən Rusiya Federasiyasının vətəndaşlığını almış mühacirlərin sayının sürətlə artması, habelə onların yerli əhalidən kompakt və təcrid olunmuş şəkildə yaşamaq istəyidir", - deyə sənəddə bildirilir.Belə yaşayış məntəqələrinin ərazisində “qeyri-dövlət hakimiyyəti və qeyri-rəsmi yurisdiksiya”nın yaradıldığı da qeyd olunur. Üstəlik, belə anklavlarda kriminal vəziyyət pisləşir, “kölgə iqtisadiyyatı və əmək bazarı formalaşır”.“Mövcud vəziyyətin struktur nəticələri ola biləcəyi üçün insan kapitalının qorunması, Rusiya Federasiyası vətəndaşlarının xaricə axınının azaldılması üçün cəlbedici maliyyə, vergi, sosial və digər mexanizmlərin yaradılması, xaricdən gələn immiqrantların və onların yetkinlik yaşına çatmayan uşaqlarının, o cümlədən Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş şəxslərin inteqrasiyası, habelə uyğunlaşma mexanizmlərinin təkmilləşdirilməsi üçün əlavə tədbirlər tələb olunur”, - deyə sənəddə vurğulanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447132351_0:0:2731:2048_1920x0_80_0_0_6311ed93379abe5c2af5f5750a0f3c9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, miqrant, inteqrasiya
rusiya, miqrant, inteqrasiya
Rusiyalıların xaricə axını və miqrantlarla münaqişə riskləri artıb - DİN
19:31 22.12.2022 (Yenilənib: 19:51 22.12.2022) Bəzi hallarda kompakt şəkildə yaşayan miqrantların yaşayış məntəqələrinin ərazisində “qeyri-dövlət hakimiyyəti və qeyri-rəsmi yurisdiksiya” yaratdıqları vurğulanır.
BAKI, 22 dekabr - Sputnik. Bu il rusiyalıların ölkədən xaricə axını güclənib: bunun fonunda Rusiya Federasiyasının bəzi bölgələrində miqrantlarla sosial münaqişələrin kəskinləşməsi riskləri artır. Bu barədə Rusiya Federasiyasının 2019-2025-ci illər üçün Dövlət Miqrasiya Siyasəti Konsepsiyası layihəsində deyilir. Müvafiq layihə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb, sənəd normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.
Həmçinin sənəddə bildirilir ki, kriminogen vəziyyətini pisləşdirən və kölgə iqtisadiyyatı formalaşdıran etnik anklavlar yaranır.
“2022-ci ildə dəyişən sosial-iqtisadi şəraitin təsiri altında Rusiya əhalisinin xaricə miqrasiya axını artıb. Bunun fonunda ölkə əhalisinin təbii və miqrasiya itkisinin xarici vətəndaşlarla getdikcə artan əvəzlənməsi prosesi Rusiya Federasiyasının ayrı-ayrı regionlarında sosial münaqişələrin kəskinləşməsi riskləri yaradır. Etnik (çoxmillətli) anklavların yaranmasına səbəb xarici ölkələrdən gələnlərin, o cümlədən Rusiya Federasiyasının vətəndaşlığını almış mühacirlərin sayının sürətlə artması, habelə onların yerli əhalidən kompakt və təcrid olunmuş şəkildə yaşamaq istəyidir", - deyə sənəddə bildirilir.
Belə yaşayış məntəqələrinin ərazisində “qeyri-dövlət hakimiyyəti və qeyri-rəsmi yurisdiksiya”nın yaradıldığı da qeyd olunur. Üstəlik, belə anklavlarda kriminal vəziyyət pisləşir, “kölgə iqtisadiyyatı və əmək bazarı formalaşır”.
“Mövcud vəziyyətin struktur nəticələri ola biləcəyi üçün insan kapitalının qorunması, Rusiya Federasiyası vətəndaşlarının xaricə axınının azaldılması üçün cəlbedici maliyyə, vergi, sosial və digər mexanizmlərin yaradılması, xaricdən gələn immiqrantların və onların yetkinlik yaşına çatmayan uşaqlarının, o cümlədən Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş şəxslərin inteqrasiyası, habelə uyğunlaşma mexanizmlərinin təkmilləşdirilməsi üçün əlavə tədbirlər tələb olunur”, - deyə sənəddə vurğulanır.