https://sputnik.az/20221222/rusiya-xn-kirbinin-sozleri-abs-in-munaqisede-istirakini-tesdiqleyir-449910794.html
Rusiya XİN: Kirbinin sözləri ABŞ-ın münaqişədə iştirakını təsdiqləyir
Rusiya XİN: Kirbinin sözləri ABŞ-ın münaqişədə iştirakını təsdiqləyir
Sputnik Azərbaycan
Zaxarova qeyd edib ki, Ukrayna ordusu xarici təlimatçıların silahlarından və birbaşa ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin muzdlularından təşkil olunmuş... 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T14:24+0400
2022-12-22T14:24+0400
2022-12-22T14:24+0400
rusiya
rusiya
abş
krım
ukrayna
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_0:0:3095:1742_1920x0_80_0_0_016589b56cb0a8956aa77dfba2a9a9df.jpg
BAKI, 22 dekabr — Sputnik. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Kiyevin Krım ərazisində hərbi əməliyyatlar keçirmək hüququ ilə bağlı bəyanatı ABŞ-ın Ukraynadakı münaqişədə iştirakını təsdiqləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Bundan əvvəl Kirbi bildirib ki, ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün Ukraynanın Krımda hərbi əməliyyatlar planlaşdırmaq və keçirmək hüququnu tanıyır. "Bu, əslində, amerikalıların Ukrayna silahlı qüvvələrinin tərəfində hərbi əməliyyatlarda de-fakto birbaşa iştirakının növbəti etirafı kimi səslənir", - o, brifinq zamanı deyib. Zaxarova qeyd edib ki, Ukrayna ordusu xarici təlimatçıların silahlarından və birbaşa ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin muzdlularından təşkil olunmuş muzdlu orduya çevrilib. "Yuxarıda göstərilən faktlar təsdiq edir ki, kollektiv Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırdır. Buna baxmayaraq, Qərb Kiyevdəki neonasist rejimini silahlandırmağa, hərbi əməliyyatları davam etdirməyə çalışmaqla, bu qədər qəddar və dəhşətli cinayətlərə göz yumur. Onlar uğursuz olacaq və prinsipcə, uğur qazana bilməyəcəklər", - Zaxarova deyib. Krım 2014-cü ilin martında Ukraynadakı çevrilişdən sonra keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib. 2014-cü ildə keçirilən referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olub.Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, bir çox Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Öz növbəsində, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq Rusiya ilə demokratik birləşməyə səs veriblər. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi birdəfəlik bağlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_355:0:3084:2047_1920x0_80_0_0_72d3c1b9088bc1ecdc725c2b9de16457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, abş, krım, ukrayna, bmt
rusiya, abş, krım, ukrayna, bmt
Rusiya XİN: Kirbinin sözləri ABŞ-ın münaqişədə iştirakını təsdiqləyir
Zaxarova qeyd edib ki, Ukrayna ordusu xarici təlimatçıların silahlarından və birbaşa ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin muzdlularından təşkil olunmuş muzdlu orduya çevrilib.
BAKI, 22 dekabr — Sputnik. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Kiyevin Krım ərazisində hərbi əməliyyatlar keçirmək hüququ ilə bağlı bəyanatı ABŞ-ın Ukraynadakı münaqişədə iştirakını təsdiqləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bundan əvvəl Kirbi bildirib ki, ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün Ukraynanın Krımda hərbi əməliyyatlar planlaşdırmaq və keçirmək hüququnu tanıyır.
"Bu, əslində, amerikalıların Ukrayna silahlı qüvvələrinin tərəfində hərbi əməliyyatlarda de-fakto birbaşa iştirakının növbəti etirafı kimi səslənir", - o, brifinq zamanı deyib.
Zaxarova qeyd edib ki, Ukrayna ordusu xarici təlimatçıların silahlarından və birbaşa ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin muzdlularından təşkil olunmuş muzdlu orduya çevrilib.
"Yuxarıda göstərilən faktlar təsdiq edir ki, kollektiv Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırdır. Buna baxmayaraq, Qərb Kiyevdəki neonasist rejimini silahlandırmağa, hərbi əməliyyatları davam etdirməyə çalışmaqla, bu qədər qəddar və dəhşətli cinayətlərə göz yumur. Onlar uğursuz olacaq və prinsipcə, uğur qazana bilməyəcəklər", - Zaxarova deyib.
Krım 2014-cü ilin martında Ukraynadakı çevrilişdən sonra keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib. 2014-cü ildə keçirilən referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olub.
Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, bir çox Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Öz növbəsində, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq Rusiya ilə demokratik birləşməyə səs veriblər. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi birdəfəlik bağlanıb.