https://sputnik.az/20221222/rusiya-sulhmeramlilari-lacin-dehlizinde-missiyalarini-yerine-yetirirler---rusiya-xn-449913950.html
Rusiya sülhməramlıları Laçın dəhlizində missiyalarını yerinə yetirirlər - Rusiya XİN
Rusiya sülhməramlıları Laçın dəhlizində missiyalarını yerinə yetirirlər - Rusiya XİN
Sputnik Azərbaycan
Zaxarova qeyd edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət missiyasını yerinə yetirir,lər gərginliyin aradan qaldırılması üçün işlər aparılır. 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T15:14+0400
2022-12-22T15:14+0400
2022-12-22T15:36+0400
rusiya
mariya zaxarova
sülhməramlılar
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 22 dekabr — Sputnik. "Bilməyənlər üçün xatırlatmaq istərdim ki, bundan əvvəl də bir neçə gərginlik olub, problemlər olub, tərəflər bir-birini günahlandırıblar və vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları olublar və onlar buna nail olublar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova qeyd edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət missiyasını yerinə yetirirlər, gərginliyin aradan qaldırılması üçün işlər aparılır. Rusiya tərəfinin dəhlizi açmaq cəhdlərinə baxmayaraq Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edib ki, Rusiya sülhməramlıları guya Laçın dəhlizinə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmirlər. Zaxarova əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında eskalasiyanın aradan qaldırılması üçün çalışır. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.Zaxarovanın sözlərinə görə, Laçın yolunda humanitar maşınların hərəkəti bərpa olunub, ərazidə qaz təminatı bərpa edilib. Rusiya XİN sözçüsü həmçinin bildirib ki, filiz yataqlarının işlənilməsi ilə bağlı məsələlər də həll olunmalıdır.Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, sülhməramlılar, azərbaycan, ermənistan
mariya zaxarova, sülhməramlılar, azərbaycan, ermənistan
Rusiya sülhməramlıları Laçın dəhlizində missiyalarını yerinə yetirirlər - Rusiya XİN
15:14 22.12.2022 (Yenilənib: 15:36 22.12.2022) Zaxarova qeyd edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət missiyasını yerinə yetirir,lər gərginliyin aradan qaldırılması üçün işlər aparılır.
BAKI, 22 dekabr — Sputnik. "Bilməyənlər üçün xatırlatmaq istərdim ki, bundan əvvəl də bir neçə gərginlik olub, problemlər olub, tərəflər bir-birini günahlandırıblar və vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları olublar və onlar buna nail olublar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət missiyasını yerinə yetirirlər, gərginliyin aradan qaldırılması üçün işlər aparılır.
Rusiya tərəfinin dəhlizi açmaq cəhdlərinə baxmayaraq Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edib ki, Rusiya sülhməramlıları guya Laçın dəhlizinə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmirlər.
Zaxarova əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında eskalasiyanın aradan qaldırılması üçün çalışır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Zaxarovanın sözlərinə görə, Laçın yolunda humanitar maşınların hərəkəti bərpa olunub, ərazidə qaz təminatı bərpa edilib. Rusiya XİN sözçüsü həmçinin bildirib ki, filiz yataqlarının işlənilməsi ilə bağlı məsələlər də həll olunmalıdır.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.