Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

“Milad hədiyyəsi”: Zelenski hesabat üçün metropoliyaya gəlib

© Handout / UKRAINE PRESIDENCY / AFPUkrayna Prezidenti Vladimir zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Ağ Ev Ukraynaya “ABŞ-ın mövcud ehtiyatlarından” 2 milyard dollarlıq hərbi yardım paketini təqdim etmək niyyətindədir.
BAKI, 22 dekabr - Sputnik. Vladimir Zelenski fəal şəkildə “110 milyard dollara Ukraynanı yandıran Neron” rolunu oynayır. Vaşinqtona təcili səfər, Ağ Ev və Konqresdəki qurama səhnələr praktiki olaraq Ukraynanı uzunmüddətli döyüşlərə və böyük qurbanlara məhkum edir – ABŞ-ın iqtisadi maraqlarının və siyasi “hegemonluğunun” müdafiəsi üçün.
Ukrayna prezidetinin dekabrən 21-də Vaşinqtona ABŞ qanunverici və icraedici hakimiyyəti ilə görüşmək üçün qəfil gəlişi qeyri-adi görünür. ABŞ-ın The Hill nəşri səfəri “tarixi” və “analoqsuz” adlandırır. Politico qeyd edir: “Zelenskinin səfəri yüksək vəzifəli ABŞ məmurları və qanunvericiləri üçün şok oldu”.
Bu, 24 fevraldan sonra Zelenskinin ilk xarici səfəridir. O, on ay müxtəlif ölkələrin parlamentariləri qarşısında onlayn şəkildə çıxış etməyə üstünlük verirdi. Əslində əsas səbəb aydındır: söhbət 2023-cü il üçün ABŞ-ın Kiyevə 45 mlrd dollar həcmində hərbi yardımının təsdiq edilməsindən gedir. Və Ukrayna lideri guya Respublikaçılar Partiyasının 1,7 trilyon dollarlıq kompleks xərclər paketi uğrunda mübarizəsinə birbaşa qoşula bilər.
Vaşinqtonda vəziyyət mürəkkəbdir. Nümayəndələr Palatasının “gedən” spikeri Nensi Pelosi Zelenskini “mütləq qəhrəman” adlandıraraq deyib ki, “onun çıxışı Birləşmiş Ştatların Konqresi üçün şərəf olar”. Lakin bir sıra konqresmenlər həmkarları Marcori Teylor Qrinin narahatlığını bölüşürlər: “Niyə amerikalı vergi ödəyiciləri 51-ci ştatın – Ukraynanın saxlanılmasına milyardlar ödəməlidirlər?”. Lakin yenə də ABŞ Konqresi bir müddət əvvəl Kiyev rejiminə 65 milyard dollarlıq analoji yardımı təsdiqləyib. Şübhəsiz, Ukrayna liderinin metropoliyaya çağırılmasının gizli səbəbləri var.
Ukrayna hərbi əməliyyatlar teatrındakı USQ üçün əlverişsiz operativ şərait, Pentaqon və NATO-nun boşalan silah anbarları, Aİ-də iqtisadi çalxalanma – bütün bunlar Zelenskinin “qastrolları”nın şərhi, proqnozlaşdırılması, izahı üçün geniş məkan yaradır.
“Menyu”da təkcə Patriot deyil
Aydındır ki, Konqres Kiyev rejiminə 45 milyardlıq yardımı təsdiqləyəcək, Bayden və Zelenski Ukrayna hərbi əməliyyatlat teatrında gərginliyin artırılmasını müzakirə edəcəklər. Kiyevdə hesab edirlər ki, onlarda olan ABŞ silahı ilə mümkün olanı ediblər və yenisini tələb edirlər.
Bu ərəfədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bill Teylor bəyan edib ki, “Rusiyanın gözlənilən hücumunun qarşısını almaq üçün Zelenskiyə daha uzaq mənzilli silahlar lazımdır”. Söhbət yalnız Patriot ZRK batareyasından (səkkiz buraxılış qurğusu) getmir. Söhbət ATACMS növlü, 300 km mənzilli HIMARS raketlərindən, Grey Eagle və Reaper zərbə PUA-larından gedir. ABŞ hərbi yardımının paketində Kiyevə söz verilmiş “ağıllı bombaları” tətbiq edə bilən NATO təyyarələri (F-15 və F-16) ola da bilər.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, administrasiya Rusiyanın hərbi əməliyyatlarda üstünlük əldə etmək üçün istənilən cəhdlərinin qarşısını almaq niyyətindədir. Ən güclü nüvə dövləti ilə qarşılıqlı əlaqələrdə tamamilə ağılsız və praktiki olaraq intiharçı mövqedir.
Ağ Ev Ukraynaya “ABŞ-ın mövcud ehtiyatlarından” 2 milyard dollarlıq hərbi yardım paketini təqdim etmək niyyətindədir. Yeni hərbi resurslar və ABŞ silahının “ölçüsüz” həcmdə tədarük perspektivləri oyuncaq Kiyev rejimini RF üçün daha böyük (strateji) təhlükəyə çevirəcək. ABŞ yardımı Ukrayna ordusunu və NATO “könüllülərini” çoxillik “demilitarizasiyaya” sadəcə məcbur edir. Rusiyanın başqa variantları yoxdur, ola da bilməz.
The Hill-inməlumatına əsasən, Ukrayna münaqişəsinin gərginləşdirilməsi üçün Konqres “terrorçuluğun sponsoru” yox, alternativ “təcavüzkar dövlət” elan etmək niyyətindədir. ABŞ qanunvericiliyində belə status yoxdur. Müvafiq qanun layihəsi Konqresin rəhbərliyi və Ağ ev administrasiyası tərəfindən hazırlanır. Təbii ki, ABŞ-ın piar aksiyası Rusiyanı heç cür cəzalandırmayacaq və USQ sıralarında qurbanların sayını azalymayacaq.
Bayden administrasiyası “müharibənin ən ağır günlərində” Qərbin Kiyev rejiminə dəstəyini vuröulamaqdan ötrü Zelenskinin səfərindən istifadə etməyə çalışır və“qastrolları” Alyansın avropalı müttəfiqləri üçün siqnal hesab edir. Zelenskinin artıq öz missiyasını (Ukrayna Neronu qismində) başa vurması və ABŞ-a daha sərf etmədiyi barədə şayiələr çox şişirdilirb.
Vaşinqton tərəfindən süni surətdə yaradılmış Ukrayna münaqişəsi bütün planet üçün riskləri artırır (iqtisadi tənəzzül, aclıq, müharibələr, miqrasiya, texnoloji geriləmə, nüvə qışı). Ümumbəşəri baxımdan, ABŞ Vyetnam və Əfqanıstandakı müharibələrin səhvlərini təkrar edir. Lakin Avropada və digər qitələrdə davamlı sülh ABŞ HSK-nə gəlir, iqtisadiyyatına isə yeni iş yerləri vəd etmir. Müharibə isə buna zəmanət vermir. “Hegemonluq” qurbanlar tələb edir.
Ukraynadakı ABŞ silahı heç kimi qorumayacaq, qızıdrmayacaq, yedirməyəcək. Vaşinqtonun hərbi yardımıbütün üçüncü dünya ölkələrinə yalnız əzab-əziyyət və əhalinin kütləvi məhvini gətirir.
Qeyd edək ki, ABŞ Kiyev rejiminə 126 mln dollar ayırmağı planlaşdırır– konkret olaraq radioaktiv çirklənmənin nəticələrinin aradan qaldırılması üçün. Vaşinqtonla “dostluq”dan çox dövlətlər ziyan görüblər, lakin ABŞyönümlü Ukrayna öz ərazisinə nüvə zərbəsinin nəticələrini aradan qaldırmaq üçün kredit götürür. Maraqlıdır, amerikalılar ABŞ ərazisində analoji (mümkün) ssenariyə nə qədər hazırdırlar?
Xəbər lenti
0