Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Məqsəd özünü rus mədəniyyətinin bir hissəsi sayan insanları qorumaqdır - Putin

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Rusiya lideri bildirib ki, heç bir halda özünü rus dünyasının bir hissəsi hesab edən xalqın iradəsinə zidd gedilməməlidir.
BAKI, 22 dekabr - Sputnik. Rusiyanın məqsədi Ukraynada özünü rus mədəniyyətinin bir hissəsi kimi hiss edən insanları qorumaqdır. RİA Novosti xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putin deyib.
“Məqsədimiz ilk növbədə, bir daha təkrar edirəm, xalqımızın, mədəniyyətimizin bir hissəsi olduğunu hiss edən insanları qorumaqdır”, - deyə Putin jurnalistlərə bildirib.
Rusiya liderinin sözlərinə görə, Ukraynada xalqın özünü rus dünyasının, mədəniyyətinin, dilinin və adət-ənənələrinin bir hissəsi hesab edən hissəsinə qarşı çıxmaq olmaz.
"Lakin onlar hələ 2014-cü ildə bu insanlara qarşı müharibəyə başlayıblar", - deyə Prezident bildirib.
Vladimir Putin onu da deyib ki, "heç vaxt xalqın iradəsinə zidd" gedilməməlidir.
"Ancaq belədirsə, bu prinsip universal olmalıdır və heç bir halda özünü başqa bir hipostasda hiss edən, özünü rus xalqının və rus dünyasının bir hissəsi hesab edən xalqın iradəsinə zidd gedilməməlidir. Onlar bu mədəniyyətin, bu dilin, bu tarixin və ənənənin bir hissəsidir. Siz də onlara qarşı mübarizə apara bilməzsiniz”, - deyə Putin jurnalistlərə bildirib.
“Bu, müharibə idi, çünki söhbət bundan gedirdi. Bəs hava zərbələri birbaşa milyonlarla şəhərin mərkəzinə endirilibsə, zirehli texnikası olan qoşunlar onlara qarşı yerləşdirilibsə, bu nədir? Müharibə budur. Döyüş əməliyyatlarıdır. Biz hamımız dözdük, dözdük, dözdük və bir növ sülh razılaşmasına ümid etdik", - deyə Prezident əlavə edib.
Xəbər lenti
0