https://sputnik.az/20221222/azerbaycanin-qida-tehlukesizliyi-agentliyinin-sedri-rusiyaya-gedib-449898901.html
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Rusiyaya gedib
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Rusiyaya gedib
Sputnik Azərbaycan
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal... 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T11:25+0400
2022-12-22T11:25+0400
2022-12-22T11:25+0400
rusiya
aqta
rusiya
səfər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425912023_0:0:1001:563_1920x0_80_0_0_31f70ccb7f30802b48b02799651b8517.jpg
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 21-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başlayıb. Bu barədə AQTA-dan məlumat verilib. Səfər çərçivəsində AQTA sədrinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor"), Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") və digər müvafiq qurumlarının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran məsələlər, həmçinin imzalanması nəzərdə tutulan "Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin razılaşdırılması, "Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi müzakirə ediləcək. Rusiyaya işgüzar səfər zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklər də diqqət mərkəzində olacaq. Görüşlərdə Qoşqar Təhməzli Rusiyadan ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflərini çatdıracaq. 21-23 dekabr tarixlərini əhatə edəcək səfər zamanı nümayəndə heyəti Ümumrusiya Bitki Karantini Mərkəzinin (VNİİKR) fəaliyyəti ilə tanış olacaq, hər iki dövlətin müvafiq qurumlarının mütəxəssislərinin iştirakı ilə qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi sahələri üzrə təcrübə mübadiləsinin təmin edilməsi, Rusiyanın elmi-tədqiqat müəssisələri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması da diqqət mərkəzində olacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425912023_0:0:891:668_1920x0_80_0_0_d3f753a740e259484ae4345282cf01d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aqta, rusiya, səfər, azərbaycan
aqta, rusiya, səfər, azərbaycan
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Rusiyaya gedib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin və digər qurumlarının rəhbərliyi ilə görüşlər keçiriləcək.
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 21-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başlayıb. Bu barədə AQTA-dan məlumat verilib.
Səfər çərçivəsində AQTA sədrinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor"), Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") və digər müvafiq qurumlarının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran məsələlər, həmçinin imzalanması nəzərdə tutulan "Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin razılaşdırılması, "Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi müzakirə ediləcək.
Rusiyaya işgüzar səfər zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklər də diqqət mərkəzində olacaq.
Görüşlərdə Qoşqar Təhməzli Rusiyadan ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflərini çatdıracaq.
21-23 dekabr tarixlərini əhatə edəcək səfər zamanı nümayəndə heyəti Ümumrusiya Bitki Karantini Mərkəzinin (VNİİKR) fəaliyyəti ilə tanış olacaq, hər iki dövlətin müvafiq qurumlarının mütəxəssislərinin iştirakı ilə qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi sahələri üzrə təcrübə mübadiləsinin təmin edilməsi, Rusiyanın elmi-tədqiqat müəssisələri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq əlaqələrinin yaradılması da diqqət mərkəzində olacaq.