https://sputnik.az/20221221/zaxarova-moskva-ile-minsk-arasinda-nuve-sahesindeki-emekdasligi-serh-edib-449875345.html
Zaxarova Moskva ilə Minsk arasında nüvə sahəsindəki əməkdaşlığı şərh edib
Zaxarova Moskva ilə Minsk arasında nüvə sahəsindəki əməkdaşlığı şərh edib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu əməkdaşlıq nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə ciddi uyğun... 21.12.2022, Sputnik Azərbaycan
2022-12-21T16:03+0400
2022-12-21T16:03+0400
2022-12-21T16:04+0400
mariya zaxarova
rusiya
belarus
nüvə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_0:0:3141:1768_1920x0_80_0_0_16325ebfab8a95bd4463a61e5973b082.jpg
BAKI, 21 dekabr — Sputnik. NATO-nun nüvə missiyaları fonunda Rusiya və Belarus nüvə silahının yayılmaması müqaviləsini pozmadan öz təhlükəsizliklərini gücləndirirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O vurğulayıb ki, Moskva və Minskin cavab tədbirləri nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə (NSYHM) ciddi uyğun olaraq həyata keçirilir. "Rusiya Federasiyası və Belarus prezidentlərinin görüşündə elan olunmuş İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək tədbirləri Şimali Atlantika Alyansının birgə nüvə missiyaları adlanan uzunmüddətli təcrübənin məqsədyönlü şəkildə inkişafına məcburi reaksiyadır", - deyə "Kommersant" Zaxarovanın bəyanatından sitat gətirir. Diplomat xüsusilə onu əlavə edib ki, Rusiya tərəfi Belarusa "İsgəndər-M" komplekslərini verəcək. Bundan əlavə, Rusiya Federasiyası "Belarus Su-25 təyyarələrinin hissələrinə nüvə silahı daşımaq üçün texniki imkan verəcək". Zaxarova onu da izah edib ki, təyyarələrin nüvə silahı daşıyıcılarına çevrilməsi üçün texnologiyaların özləri ötürülmür. Həmçinin, hazırda Belarus sistemlərinin nüvə döyüş başlıqları ilə təchiz edilməsi və ya döyüş başlıqlarının ölkə ərazisinə köçürülməsi planlaşdırılmır. Nüvə başlıqlarının saxlanması üçün obyektlərin yaradılması da nəzərdə tutulmayıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, onlar bundan sonra da Rusiya Federasiyası ərazisindəki anbarlarda cəmləşəcəklər. Zaxarova, həmçinin, onu da qeyd edib ki, Şimali Atlantika Alyansı birgə nüvə missiyaları çərçivəsində istifadə olunan ABŞ nüvə bombalarının və onların daşıyıcılarının genişmiqyaslı modernləşdirilməsini həyata keçirir. Bundan əlavə, NATO müvafiq manevrlərin intensivliyini artırır və bu fəaliyyətin anti-Rusiya xarakterini gizlətmir. Bundan əvvəl Zaxarova Moskvanın ABŞ və Yaponiyanın təlimlərini Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid hesab etdiyini qeyd edib. Diplomat bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Yaponiya səfirliyinə ciddi narahatlığını bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_168:0:2897:2047_1920x0_80_0_0_43a0325a9ec22ceee030e02678ec7884.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, belarus, nüvə
mariya zaxarova, belarus, nüvə
Zaxarova Moskva ilə Minsk arasında nüvə sahəsindəki əməkdaşlığı şərh edib
16:03 21.12.2022 (Yenilənib: 16:04 21.12.2022) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu əməkdaşlıq nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə ciddi uyğun olaraq həyata keçirilir.
BAKI, 21 dekabr — Sputnik. NATO-nun nüvə missiyaları fonunda Rusiya və Belarus nüvə silahının yayılmaması müqaviləsini pozmadan öz təhlükəsizliklərini gücləndirirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O vurğulayıb ki, Moskva və Minskin cavab tədbirləri nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə (NSYHM) ciddi uyğun olaraq həyata keçirilir.
"Rusiya Federasiyası və Belarus prezidentlərinin görüşündə elan olunmuş İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək tədbirləri Şimali Atlantika Alyansının birgə nüvə missiyaları adlanan uzunmüddətli təcrübənin məqsədyönlü şəkildə inkişafına məcburi reaksiyadır", - deyə "Kommersant" Zaxarovanın bəyanatından sitat gətirir.
Diplomat xüsusilə onu əlavə edib ki, Rusiya tərəfi Belarusa "İsgəndər-M" komplekslərini verəcək. Bundan əlavə, Rusiya Federasiyası "Belarus Su-25 təyyarələrinin hissələrinə nüvə silahı daşımaq üçün texniki imkan verəcək".
Zaxarova onu da izah edib ki, təyyarələrin nüvə silahı daşıyıcılarına çevrilməsi üçün texnologiyaların özləri ötürülmür. Həmçinin, hazırda Belarus sistemlərinin nüvə döyüş başlıqları ilə təchiz edilməsi və ya döyüş başlıqlarının ölkə ərazisinə köçürülməsi planlaşdırılmır.
Nüvə başlıqlarının saxlanması üçün obyektlərin yaradılması da nəzərdə tutulmayıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, onlar bundan sonra da Rusiya Federasiyası ərazisindəki anbarlarda cəmləşəcəklər.
Zaxarova, həmçinin, onu da qeyd edib ki, Şimali Atlantika Alyansı birgə nüvə missiyaları çərçivəsində istifadə olunan ABŞ nüvə bombalarının və onların daşıyıcılarının genişmiqyaslı modernləşdirilməsini həyata keçirir. Bundan əlavə, NATO müvafiq manevrlərin intensivliyini artırır və bu fəaliyyətin anti-Rusiya xarakterini gizlətmir.
Bundan əvvəl Zaxarova Moskvanın ABŞ və Yaponiyanın təlimlərini Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid hesab etdiyini qeyd edib. Diplomat bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Yaponiya səfirliyinə ciddi narahatlığını bəyan edib.