https://sputnik.az/20221221/ulyanov-abs-rusiyanin-kosmosda-silahlarin-qadagan-edilmesi-tesebbuslerine-mane-olur-449884010.html
Ulyanov: ABŞ Rusiyanın kosmosda silahların qadağan edilməsi təşəbbüslərinə mane olur
Ulyanov: ABŞ Rusiyanın kosmosda silahların qadağan edilməsi təşəbbüslərinə mane olur
Sputnik Azərbaycan
Ulyanov qeyd edib ki, bütün təşəbbüslər, o cümlədən kosmosda silahların yerləşdirilməsinin qarşısını almaq üçün müqavilələr Qərb ölkələri tərəfindən... 21.12.2022, Sputnik Azərbaycan
2022-12-21T19:18+0400
2022-12-21T19:18+0400
2022-12-21T19:39+0400
mixail ulyanov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_0:0:3071:1728_1920x0_80_0_0_6c1b00c56d566d7b3b34c79e89cda2de.jpg
BAKI, 21 dekabr — Sputnik. Rusiya ABŞ-ın kosmosda silah yerləşdirmək cəhdlərinə qarşı çıxır və Ağ Ev uzun illərdir ki, Rusiyanın kosmosa silah yerləşdirməyi qadağan etmək təşəbbüslərinə mane olur. Bunu Rusiyanın Vyanadakı beynəlxalq daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Diplomatik səylər öz-özünə həyata keçirilir, lakin ölkələrin kosmosda real siyasəti var. Bir çox əlamətlərə görə, əgər indi kosmosda silahlar olmasa da, tezliklə orada da peyda olacaq. Hər halda, amerikalılar bunun üzərində işləyirlər, biz buna qarşı çıxmağa çalışırıq", - o, "Russia Today" media qrupunun təşkil etdiyi mətbuat konfransında bildirib. Ulyanov qeyd edib ki, bütün təşəbbüslər, o cümlədən kosmosda silahların yerləşdirilməsinin qarşısını almaq üçün müqavilələr Qərb ölkələri tərəfindən əngəllənir. Onun sözlərinə görə, təşəbbüslərin bloklanması uzun illərdir ki, davam edir. "Mən bu gün heç bir müsbət perspektiv görmürəm, sonradan təəssüflənəcəyik ki, hadisələrin bu cür inkişafının qarşısını almamışıq və kosmosa silah yerləşdirməyə imkan vermişik" - Ulyanov əlavə edib. O vurğulayıb ki, mümkün çərçivədə profilaktik işlər aparılır. Dekabrın 7-də BMT Baş Assambleyası kosmosa silah yerləşdirməmək barədə ilk Rusiya qətnaməsini qəbul edib, Qətnamənin lehinə 122 ölkə, əleyhinə isə 50 ölkə səs verib. BMT Baş Assambleyası 2008-ci ildə Silahsızlanma üzrə Konfransda Çin və Rusiyanın təqdim etdiyi kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair yenilənmiş müqavilə layihəsi əsasında substantiv işə tezliklə başlamağa çağırır. Sənədin müəllifləri təsdiq edirlər ki, kosmosda silahlanma yarışının qarşısının alınması təxirəsalınmaz məsələdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_147:0:2878:2048_1920x0_80_0_0_1c8337029ffbbf5e9953e2369c500796.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail ulyanov
Ulyanov: ABŞ Rusiyanın kosmosda silahların qadağan edilməsi təşəbbüslərinə mane olur
19:18 21.12.2022 (Yenilənib: 19:39 21.12.2022) Ulyanov qeyd edib ki, bütün təşəbbüslər, o cümlədən kosmosda silahların yerləşdirilməsinin qarşısını almaq üçün müqavilələr Qərb ölkələri tərəfindən əngəllənir.
BAKI, 21 dekabr — Sputnik. Rusiya ABŞ-ın kosmosda silah yerləşdirmək cəhdlərinə qarşı çıxır və Ağ Ev uzun illərdir ki, Rusiyanın kosmosa silah yerləşdirməyi qadağan etmək təşəbbüslərinə mane olur. Bunu Rusiyanın Vyanadakı beynəlxalq daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"Diplomatik səylər öz-özünə həyata keçirilir, lakin ölkələrin kosmosda real siyasəti var. Bir çox əlamətlərə görə, əgər indi kosmosda silahlar olmasa da, tezliklə orada da peyda olacaq. Hər halda, amerikalılar bunun üzərində işləyirlər, biz buna qarşı çıxmağa çalışırıq", - o, "Russia Today" media qrupunun təşkil etdiyi mətbuat konfransında bildirib.
Ulyanov qeyd edib ki, bütün təşəbbüslər, o cümlədən kosmosda silahların yerləşdirilməsinin qarşısını almaq üçün müqavilələr Qərb ölkələri tərəfindən əngəllənir.
Onun sözlərinə görə, təşəbbüslərin bloklanması uzun illərdir ki, davam edir.
"Mən bu gün heç bir müsbət perspektiv görmürəm, sonradan təəssüflənəcəyik ki, hadisələrin bu cür inkişafının qarşısını almamışıq və kosmosa silah yerləşdirməyə imkan vermişik" - Ulyanov əlavə edib.
O vurğulayıb ki, mümkün çərçivədə profilaktik işlər aparılır.
Dekabrın 7-də BMT Baş Assambleyası kosmosa silah yerləşdirməmək barədə ilk Rusiya qətnaməsini qəbul edib, Qətnamənin lehinə 122 ölkə, əleyhinə isə 50 ölkə səs verib.
BMT Baş Assambleyası 2008-ci ildə Silahsızlanma üzrə Konfransda Çin və Rusiyanın təqdim etdiyi kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair yenilənmiş müqavilə layihəsi əsasında substantiv işə tezliklə başlamağa çağırır. Sənədin müəllifləri təsdiq edirlər ki, kosmosda silahlanma yarışının qarşısının alınması təxirəsalınmaz məsələdir.