Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın itkilərini açıqladı - son statistika

© Sputnik / Дмитрий Виноградов / Mediabanka keçidSu-24 qırıcısı, arxiv şəkli
Su-24 qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində iki Ukrayna pilotsuz təyyarəsini və iki HIMARS RYAS mərmisini vurub.
BAKI, 21 dekabr — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri "DXR"də Ukraynaya məxsus Su-25 təyyarəsini və Mi-8 helikopterini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində iki Ukrayna pilotsuz təyyarəsini və iki HIMARS RYAS mərmisini vurub.
"Hücum əməliyyatları zamanı Rusiya qoşunları Donetsk istiqamətində yeni vacib yüksəklikləri və mövqeləri ələ keçiriblər. Gün ərzində bu istiqamətdə 80-dən çox ukraynalı hərbçi, bir tank, üç piyada döyüş maşını və dörd texnika məhv edilib", - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, Rusiya aviasiyası Xarkov vilayətində Ukrayna qoşunlarını yanacaqla təmin edən neft anbarını məhv edib.
"Xarkov və Zaporojye vilayətlərinin rayonlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus iki artilleriya sursat anbarı məhv edilib", - hərbi idarənin hesabatında deyilir.
"Düşmənin Xarkov vilayətində kompleks atəşə tutması nəticəsində Kupyansk istiqamətində 60-a qədər ukraynalı hərbçi, iki zirehli transportyor və üç pikap məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 348 təyyarə, 187 helikopter, 2691 pilotsuz uçuş aparatı, 399 zenit-raket kompleksi, 7179 tank və digər zirehli döyüş texnikası, 932 ədəd reaktiv buraxılışlı döyüş maşınlı raket sistemləri, 3696 səhra artilleriya silahı və minaatan, həmçinin 7693 ədəd xüsusi hərbi maşın.
Xəbər lenti
0